Zeytun 5-11 metr hündürlüyə qədər qalxa bilən həmişəyaşıl zeytun ağacının meyvəsidir. Zeytunun çox da enli olmayan gövdəsi, nazik budaqları, uzun və dar yarpaqları olur. Zeytun yarpaqları boza çalan yaşı rəngdə, uzunluğu 2-4, eni isə 1-2 santimetr ölçüdə, şiş uclu və yumşaq olur. Zeytunun bir-çeçə növü var. Onun yarpaqlarının rəngi növündən asılı olaraq dəyişir. Növündən asılı olaraq zeytun yarpaqları yaşıl, boz-yaşıl,qara, və tünd-bənövşəyi olur. Zeytunun meyvələri ağac çiçəklədikdən 4-5 ay sonra formalaşır. Ağac aprel ayından çiçəklənməyə başlayır və mayın sonuna qədər çiçəklənmə davam edə bilir. Zeytun ağacı 20 il bar vermək qabiliyyətinə malikdir. Zeytun ağaclarının əksəriyyəti növbələşmə ilə bar verir. Yəni ağacların çoxu bir ildən bir bar verir. Hətta iki ildən bir bar verən zeytun ağacları da var. Zeytun meyvəsindən qədim zamanlardan zeytun yağı alınır. Bu ağac yabanı halda bitmir. Zeytunun vətəni Aralıq dənizi ölkələri hesab edilir. Bu ağacın iki min il əvvəllər də yetişməsi barədə əlyazmalarda qeydlərə rast gəlinib. Azərbaycanda da qədim zamanlarda zeytunun yetişdirilməsi ilə məşğul olunub. Ən çox da Abşeron bölgəsində zeytun ağacının yetişdilməsi planlı surətdə həyata keçirilir. Nardaranda 180-200 ildir ki, zeytun yetişdirilir.
Zeytundan istifadə edərkən onun süni surətdə yaradılmış zeytun olmadığını anlamaq lazımdır. Belə zeytun süni kimyəvi rənglərlə boyanır və onun tərkibində E 579 kimyəvi qatqı var. Bu zeytunun rəngi zil qara və parlaq olur ki, bu da təbii rəng deyil.
Zeytunun tərkibi
Zeytunun tərkibində yüksək keyfiyyətli yağlar var. Bu bitki yağının qida və enerji dəyəri çox yüksəkdir. Zeytunun tərkibi 6% zülallar, 9% liflər, 23% su, pektin maddəsi, 56% yağlar, şəkər, karotin, B, C vitaminləri, kalium, kalsium, qlikozidlərlə zəngindir. Zeytunun tərkibində olan maddələr hüceyrə membranının möhkəmlənməsinə və onun selikli qişasının sağlamlaşmasına səbəb olur.
Zeytunun faydaları
Zeytun mədənin, mədəaltı vəzin, qaraciyər və ürək-damar sisteminin yaxşılaşmasına səbəb olur. O yaraların sağalmasını sürətləndirir, orqanizmin toksinlərdən və şlaklardan təmizlənməsinə səbəb olur. Zeytun yemək yaşlı adamların sümük toxumasını möhkəmləndirir və qaraciyər fəaliyyətini yaxşılaşdırır.
Dietoloqlar hər zaman qara zeytun yeməyi məsləhət bilmir. Bunun səbəbi isə qara zeytunun tərkibində duzların miqdarının yaşıl zeytuna nisbətən daha az olmasıdır. Onların fikrinə görə pəhriz saxlayanların çoxlu qara zeytun yeməsi mədə yaralarının əmələ gəlməsinə səbəb ola bilər. Ayda ən azı 20 zeytun yemək diş daşlarının, öd kisəsi, sidik kisəsi və böyrəklərdə daşların əmələ gəlməsinin qaşısını alır. Zeytun yağı içmək böyrəklərdəki qumların və duzların tökülməsinə səbəb olur. Zeytun yağı ən keyfiyyətli yağ hesab edilir. Yağın tərkibində olan süzülməmiş yağ turşuları ( stearin, olein, palmitin) qanda xolesterinin miqdarının aşağı düşməsinə, orqanizmin qocalmasının qarşısını alınmasına səbəb olur. Zeytun və zeytun yağı Aralıq dənizi bölgələrinin ən vacib qidalarındandır. Zeytun yağının tərkibində olan antioksidantlar xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır. O dəri və bağırsaq xərçənginin inkişafını ləngidir, öd kisəsinin fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır, mədənin selikli qişasını bərpa edir. Konservləşdirilmiş zeytun yağı da təbii yollarla əldə edilmiş zeytun yağı qədər orqanizm üçün çox faydalıdır. Zeytun yağını dəri yanıqlarına, kəsiklərə, sıyrıqlara və ağcaqanad dişləyən nahiyələrə sürtdükdə yaraların sağalması sürtətlənir. Zeytun yağını yumurta sarısı ilə qarışdırıb üzə sürtdükdə dərinin tonusu artır, dəri hüceyrələri təzələnir. Zeytun yağı ilə hazırlanmış şampunlar da saçların sağlamlığının artmasına səbəb olur. Zeytun yarpaqlarından dəmlənmiş çay arterial təzyiqi aşağı salır.
Zeytunun zərərləri
Zeytunun praktikada heç bir zərərinə rast gəlinməyib.
Bəzi hallarda ondan istifadə etmək narahatçılıqlara səbəb olur. Bu isə ən çox özünü xolisistit xəstəliyi zamanı zeytun yağı içdikdə göstərir. Bu zaman ödün ifrazı sürətlənir. Piylənmədən əziyyət çəkənlər zeytundan istifadə edərkən onun miqdarına nəzarət etmələrində fayda var. Qara zeytun yeyərkən diqqətli olmaq lazımdır. Onun texniki işlənməsi zamanı istifadə edilən maddələr orqanizm üçün zərərli ola bilir.
Milli.Az
Maraqlı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Zeytunun faydaları
24 Avqust 2021 07:21
0 Şərh
Baxış: 1 065

DİGƏR XƏBƏRLƏR
-
Geyimi aktrisaya çətin anlar yaşatdı: Kişilər, mənə toxunmayın - VİDEO - FOTO
-
Volkan Konakın həyat yoldaşından təsirli paylaşım: "Canımı itirdim..." - FOTO
-
13 yaşdan yuxarı olanlar üçün sosial media artıq fərqli olacaq
-
"İphone"lar bahalaşacaq - "Apple" iki seçim qarşısındadır
-
Sitayiş yarımçıq qaldı - Zəlzələ məbəddə təşviş yaratdı - ANBAAN VİDEO
-
Tarixdə bir ilk: Elm adamları nəsli kəsilmiş bu heyvanı həyata qaytardı
XƏBƏR LENTİ
-
"Real" yeni baş məşqçi ilə anlaşdı
-
“Xalqımızın 80 faizi bu gündədir"
-
Aprelin 10-12-si ilə bağlı xəbərdarlıq
-
Mövqelərimiz atəşə tutuldu
-
Geyimi aktrisaya çətin anlar yaşatdı: Kişilər, mənə toxunmayın - VİDEO - FOTO
-
Bakıda FACİƏ: məktəbli qız hamamda boğulub öldü
-
Şizofreniya xəstələri dərmansız qalıblar: Səhhətləri ağırlaşır və ətraf üçün təhlükə yaradır
-
“Qarşımda diz çöküb, dua oxumalısan” - "Azdrama" qalmaqalı böyüyür
-
Qusar xəstəxanasına köhnə dərmanlar verdiyi deyilən aptek işçisi ilə bağlı QƏRAR
-
Azərbaycanda bağçadan çıxan uşaqlara itlər hücum etdi: Çox sayda yaralı var
-
İctimai yerdə söyüş söyənlər cərimələnə bilər - XƏBƏRDARLIQ
-
Şeyxə Fatimə bint Mübarək Mehriban Əliyevanı təbrik edib
-
Yevgeniya Qutsul ev dustaqlığına buraxıldı
-
Azərbaycan XİN Dominikana başsağlığı verib
-
Bu qidalarla düz qarına sahib olun
-
Kriştianu Ronaldunun hoteli yandı - VİDEO
-
Maskın qardaşı Trampa qarşı çıxdı - FOTO
-
Volkan Konakın həyat yoldaşından təsirli paylaşım: "Canımı itirdim..." - FOTO
-
13 yaşdan yuxarı olanlar üçün sosial media artıq fərqli olacaq
-
İdarəolunan xaos: hibrid müharibə yeni qlobal strategiya kimi
-
“TikTok”da tanımadığı qadının adına əxlaqsız səhifə açan Cavad həbs edildi
-
Səhər yoxsa gecə duş qəbul etmək lazımdır? - Həkim tövsiyəsi
-
Fuat Oktay Prezident İlham Əliyevi təbrik edib
-
Küveyt Dövlətinin Vəliəhdi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb