Maraqlı

Sizi sümük xəstəliklərindən qoruyacaq qidalar yeyin

22 Avqust 2021 12:15
0 Şərh     Baxış: 1 461
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sümük insan orqanizminin ən önəmli bir hissəsidir. Sümüklərin möhkəm saxlamaq üçün düzgün qidalanmalı, orqanizmi vitaminlə təmin etməliyik.

Milli.Az Axşam.az-a istinadən sümükləri möhkəmlədən və xəstəliklərdən qoruyacaq vasitələr təqdim edir:

İlk növbədə orqanizmi D vitamini ilə zənginləşdirmək lazımdır. Bunun üçün bol-bol günəş vannası qəbul edib, dərman formasında olan D vitamini içilməlidir. Eyni zamanda balıq, süd məhsulları da orqanizminizi D vitamini ilə təmin edəcək.

Kalsium və fosfor da sümük üçün önəmlidir. Kalsiumu ağartı məhsulları, brokoli, göyərtilər, yaşıl yarpaqlı tərəvəzlərlə ala bilərsiniz. Fosfor isə suyun, toyuq və süd məhsullarının tərkibində olur.

Sümükləri möhkəmləndirən kollageni sizə C vitamini verəcək. Bu vitamin sitrus meyvələrinin tərkibində daha çoxdur. Yaşıl bibər, badımcan, kabak yeyə bilərsiniz. K vitamini də kollageni artırır. Bunun üçün ispanaq, bamiya, brokolli, zeytun yağı və yaşıl çay qəbul edin.

Sümük ağrılarını yaradan amillərdən biri də B12 vitaminidir. Bu isə qırmızı ət, yumurta və süd məhsullarında olur. Eyni zamanda kartov və banan yeyin.

Ümumilikdə sizi sümük xəstəliklərindən qoruyan qidalar bunlardır: süd məhsulları, lobya, fıstıq, qoz, badam, brokolli, balıq, quru meyvələr, su, bibər, toyuq, kivi, əncir, yaşıl tərəvəzlər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.