Maraqlı

“WhatsApp” istifadə edənlər mütləq oxusun

19 Avqust 2021 21:00
3 Şərh     Baxış: 4 244
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"WhatsApp" messencerində 90 gündən sonra avtomatik surətdə silinən mesajlar yazmaq mümkün olacaq.

Funksiyanı 2.21.17.16 yeniləməsi ilə əldə etmək olar.

Lakin bu funksiya yalnız "Android" əməliyyat sistemli smartfonların istifadəçiləri üçün əlçatan olacaq.

Xatırladaq ki, "WhatsApp" rəhbərliyi 2021-ci ildə məxfiliyi artırmaq və istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün messencerə bir sıra funksiyalar əlavə edib.

Belə yeniliklərdən biri ötürülən məlumatların məxfiliyini təmin edən fotoşəkil və ya videoya cəmi bir dəfə baxmaq funksiyasıdır.

Bundan əlavə, çatdakı söhbətlərin ötürülməsi funksiyası tətbiq olunub. Bununla da yeni smartfona keçid halında vacib mesajları, sənədləri və yazışmaları tam şəkildə saxlamaq olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.