Maraqlı

Surroqat analıq

21 Avqust 2021 21:50
1 Şərh     Baxış: 679
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müasir yardımçı reproduktiv texnoloji üsullar, ailə cütlüyündəki qadın üzvünə hər hansı bir səbəbdən (uşaqlığın olmaması və ya inkişafı qüsurlu olması; uşaqlıq boşluğunun hamiləliyi daşımağa imkan verməyən deformasiyası;

hamiləliyin daşınmasına əks göstəriş olan bir sıra xəstəliklərin olması və s.) dölü daşıyaraq doğa bilməməsinə baxmayaraq öz uşaqlarının olmasına da imkan verir. Belə ailələr üçün surroqat analıq proqramı hazırlanmışdır. Bəs bu necə baş verir? Qadın orqanizmində yumurta hüceyrəsi hazırlayaraq, ovulyasiyaya yaxın onu yumurtalıqdan xaricə çıxarırlar. Eyni zamanda qadının həyat yoldaşından da sperma alınır. Xüsusi laborator şəraitdə (sınaq borusu şüşəsində) yumurta hüceyrəsini spermatozoidlərlə birləşdirirlər. Mayalanma baş vermiş olarsa, bir neçə gündən sonra rüşeymi digər qadının (surroqat ananın) uşaqlığına daxil edirlər. Bir növ "inkubator" rolunu daşıyan surroqat ana tərəfindən müvafiq dövr (9 ay) keçdikdən sonra doğulan uşagı onun bioloji valideynlərinə verirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.