Maraqlı

Qadınların həyatını kabusa çevirən 5 problem

21 Avqust 2021 08:55
0 Şərh     Baxış: 861
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin tanınmış həkimi Şule Selvi qadınların ən çox yaşadığı 5 problemi açıqlayıb. 

Karyera uğruna evliliyi gecikdirən qadınlar gec ana olur. Bu isə hormonların pozulmasına və erkən menopoz miqdarının artması ilə qadınlar bir çox ginekoloji problemlər yaşayır. 

Vajinal infeksiya - bu infeksiyalar əsasən, axıntı şikayəti ilə ortaya çıxır. Müalicəyə genital təmizliyin düzgün şəkildə aparılması ilə başlamaq lazımdır. Pambıq alt geyimi geyimək, gigiyenik cəhətdən zərərli olmayan məhsullarla təmizləmək və lazımsız yerə gündəlik bez istifadəsindən uzaq durmaq lazımdır. 

Aybaşı - Aybaşı vaxtının pozulması bir çox xəstəliyin işarəsi ola bilər. Bu xəstələr ultrasonla müayinə edilməli və gizlənən xəstəliyi aşkarlamaq lazımdır.

Hamilə qala bilməmək - bir il ərzində davamlı və qorunmasız cinsi əlaqə yaşamasına baxmayaraq, sonsuzluq problemi ola bilər. 

Pelvik kist - Tez-tez aybaşı və yumurtalıqlarda ağrıların olması kist, kitle və ya miyom ola bilər. Bu problemlər bəzən dərman, bəzən isə cərrahiyyə yolu ilə aradan qaldırıla bilər. 

Şiddətli aybaşı sancısı - çox zaman şiddətli sancıların səbəbi bilinmir. Bu ağrıları olan insanlar mütləq həkimə müraciət etməlidir. Bunun ən böyük səbəbi isə infeksiyalar və  endometriozis problemidir.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.