Maraqlı

Kəsmik bütün yaş dövrlərində qəbul edilə bilər

12 Avqust 2021 22:55
0 Şərh     Baxış: 951
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kəsmik protein tərkibli südün fermentasiya edilmiş məhsuldur, onun tərkibində çoxlu mineral və mikroelementlər var. Kalsiumla zəngin olduğuna görə sümüklərin inkişafında əhəmiyyətli rol oynayır. Onu mütəmadi istehlak etməklə dərini təravətli saxlamaq olar.

Süd məhsulları içərisində fosfor və kalsiumla zəngin olan kəsmiyin xüsusi yeri var. Özündə ehtiva etdiyi zülal, B qrupu vitaminləri və amin turşuları onu qaraciyər xəstəliklərinin profilaktikası üçün ən xeyirli qidalardan birinə çevirir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-diyetoloq Ləman Süleymanova deyib: "Tərkibi B vitaminləri ilə zəngin olduğuna görə metabolik sistemin normal işləməsini təmin edir. Kəsmik həm pəhriz, həm də uşaq qidası kimi geniş istifadə olunur. Müntəzəm olaraq kəsmik istehlakı orqanizmdə immuniteti gücləndirir, stresi aradan qaldırır, ürək-damar sisteminin işinə müsbət təsir göstərir. Kəsmiyin amin turşuları və doymamış yağ turşuları ilə zəngin olması onun bütün yaş dövrlərində qəbul olunmasını zəruri edir. Qadınlar üçün gündəlik kəsmik istehlakının miqdarı 200, kişilər üçün 250, körpələr üçün isə 30 qram təşkil edir".

Kəsmik ev şəraitində xüsusilə qaranlıq yerlərdə uyğun temperatur rejimində, yəni 2-4 dərəcə S temperaturda soyuducuda saxlanılmalıdır. Onu 2 dərəcə S-də 36 saat, mənfi 18 dərəcə S-də isə altı ay saxlamaq olar. Meyvəli kəsmiklərin saxlanma müddəti isə daha azdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.