Dünyanın ən varlı qadınları – SİYAHI – FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyadakı varlılar siyahısına kişilərin hakim olduğu düşünülsə də, varlı qadınlar da azlıq təşkil etmir. Qadınların bəzilərinə bu var-dövlət miras olaraq qalıb. Ancaq öz səyləri ilə varlanan xanımlar da az deyil. Hər il olduğu kimi bu il də "Forbes" jurnalı dünyanın ən varlı qadınların siyahısını açıqlayıb.
Milli.Az lent.az-a istinadən bu siyahını təqdim edir.
"Forbes"in araşdırmalarına görə, dünyanın ən varlı qadını Fransanın "L'Oreal" ətriyyat və kosmetika şirkətinin sahibi Fransuaza Bettankur-Meyersdir. 67 yaşlı bu xanımın sərvəti 73,6 milyard dollardır.
Dünyanın ən varlı ikinci qadını olan Alisa Uoltonun sərvəti 61.8 milyard dollardır. O məşhur "Walmart" mağazalar şəbəkəsinin qurucusu Sem Uoltonun qızıdır.
Üçüncü yerdə ABŞ-ın "Amazon" şirkətinin başçısı Ceff Bezosun keçmiş həyat yoldaşı olan 50 yaşlı Makkenzi Skottdur. Onlar 2019-cü ildə boşansalar da "Amazon"un gəlirlərinin 25%-i Makkenziyə keçib. Hal-hazırda onun sərvəti 53 milyard dollardır.
ABŞ-ın "Koch İndustries" şirkətinin vəfat etmiş sahibi Devid Koçun dul arvadı, 58 yaşlı Yuliya Koç siyahıda 4-cü yerdədir. Onun varidatı təxminən 46.4 milyard dollardır.
Beşinci yer: 75 yaşlı Miriam Adelsondur. Onun sərvəti 38.2 milyard dollardır. O, ABŞ-ın "Las Vegas Sands" kazino operatorunun sahibi olan Şeldon Adilsonun dul arvadıdır. Yoldaşı vəfat edəndən sonra bütün sərvəti Miriam Adelsona qalıb.
Altıncı yerdə Jaklin Marsdır. Xanım ABŞ-ın konfet və qida məhsulları istehsal edən "Mars incorporated" şirkətinin varislərindən biridir. Sərvəti 31.3 milyard dollardır.
Çinin "Country Garden Holdings" şirkətinin varislərindən biri olan 39 yaşlı Yan Xueyn yeddinci yerdədir. Varidatı 29.6 milyard dollardır.
Səkkizinci yerdə Almaniyanın BMW avtomobil şirkətinin varislərindən, həmçinin "Altana AG" əczaçılıq şirkətinin səhmlərinin 50.1%-nin sahibi Suzanna Klattendir. 58 yaşlı qadının sərvəti 27.7 milyard dollardır.
67 yaşlı Qina Raynhart 23.5 milyard dollar sərvəti ilə 9-cu yerdədir. O, atasından qalma "Hancock Prospecting Group" şirkətinin rəhbəridir. Qeyd edək ki, Qina xanım Avstraliyanın ən varlı adamıdır.
Siyahımızda sonuncu yeri 23.3 milyard dollar sərvəti olan, 78 yaşlı İris Fonbona tutur. O, 2005-də vəfat etmiş Çili milyarderi Androniko Luksiçin yoldaşı olub.
"Forbes"un məlumatına görə, bu il milyarder qadınların sayı 36% artıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin
-
Nə elektrik, nə də qaz: Karton qutu ilə yemək bişirməyin yolunu tapdılar
-
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
-
Unsuz kokoslu peçenye resepti
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
XƏBƏR LENTİ
-
Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin
-
Nə elektrik, nə də qaz: Karton qutu ilə yemək bişirməyin yolunu tapdılar
-
İlqarə necə arıqladığını açıqladı
-
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
-
"Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar olacaq"
-
Unsuz kokoslu peçenye resepti
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)





