Maraqlı

“Vaksin olunan insanların immuniteti Delta ştammı qarşısında aciz qalacaq” – Professor ölən həkimdən danışdı

25 İyul 2021 22:15
3 Şərh     Baxış: 31 005

Son 2-3 ayda koronavirus peyvəndi olunan çox insanın yeni Hindistan və Delta ştammı qarşısında dözümsüzlük göstərərək yoluxub, hətta ölməsi faktları artır.

Rusiyalı həkim, "Sübutlu tibb" mərkəzinin rəhbəri Sofya Dorinskaya Rusiyada baş həkimin koronavirusdan ölümü barədə açıqlama verib.
O, peyvənd olunmasına baxmayaraq həkimin virusa yoluxub ölməsinin mexanizmini açıqlayıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Dorinskaya koronavirusun sürətlə mutasiyaya uğradığı və kəskin epidemik vəziyyətdə insanların tez-tələsik peyvənd olunmasının epidemioloji qanunlara zidd olduğunu bildirib:

"Vəziyyət düzəlməyib, biz yenə də yoluxma dalğasındayıq, peyvəndlər vurulur, amma xəstəxanalar doludur, xəstələr ölür. İnsanlar çaşqınlıq içindədir.

Öncə deyim ki, insanın xarici faktora, virusa, infeksiyaya qarşı 2 immunitet tipi var. Birincisi təbii qazanılmış immunitetdir - insan hər hansı virus və xəstəliyə təbii yolla yoluxur və bundan sağalır.
Təbii olaraq virus atakına məruz qalıb orqanizmə canlı virus keçdikdə, bu virus orqanizmin 100 min illik immunitet baryerlərini, müdafiə qatlarını keçir, hissə-hissə keçir və immunitet onu tədricən tanıyır. Bu baryerlər çoxdur: burun, göz, selikli qişalar, qan, ağciyərlər. Bu zaman orqanizm virusla tədricən ünsiyyətdə olub, onun yoluxma mexanizmini öyrənir.

Təbii ki, insanın immuniteti elə qurulub ki, əgər o güclüdürsə, heç bir defisit, xroniki xəstəlik yoxdursa, axır-əvvəl bu virusla mübarizə aparıb, qalib gəlir. Bu zaman çox güclü, hətta ömürlük immunitet cavabı, antitel formalaşır.
İkincisi süni, yəni vaksin immunitetidir.

Süni vaksin immuniteti təbii immunitetdən onunla fərqlənir ki, bu virus hissəciyi bədənin bütün baryerlərini görmədən, keçmədən birbaşa orqanizmə yeridilir və immunitet onu lazımi qədər tanımır. Bu təbii virusla tanışlıqdan daha zəif olur.
Epidemiya zamanı yoluxma o qədər ani, sürətlə, hava -damcı yolu ilə baş verir ki, orqanizm bir-iki baryeri keçən virusa qarşı ilk dəqiqələrdən dərhal mübarizəyə və antitel hasil olmağa başlayır.

Vaksin zamanı isə immunitet sakitdir, heç bir yoluxma görmür, ağız, burun, göz, boğaz baryerini keçmədən, qəflətən hansısa yad virus hissəciyinin gözlənilməz hücumuna məruz qalır. Bir də gözünü açır ki, qanda yad təhlükəli agent var. Bu orqanizmi çaşdırır və o məcburən gücləndirilmiş mübarizəyə keçir. Bu zaman faciə baş verir. Onsuz da epidemiya gərginliyi ilə əlaqədar hər kəsin immuniteti döyüş vəziyyəti alıb, vaksin onu daha da çökdürür.

Ona görə Katelnikov xəstəxanasının baş həkimi peyvənd olunmasına baxmayaraq, yoluxdu və orqanizmi virusla mübarizə apara bilmədiyindən öldü.

Hansı ki,bu həkim 1 ildir pandemiyada iş başında olub, xəstəxanaya gəlib gedib, virusun mərkəzində olub, bəlkə də bədəni virusu artıq tanıyır, amma xəstələnmədi, sağlam normal həyatını yaşayırdı.

Peyvənddən sonra nə baş verdi? O, vaksinlə təbii baryerlərdən yan keçən süni virus yükü aldı və orqanizmi buna tab gətirə bilmədi. Orqanizmin gücü yetmədi ki, sonradan təbii virusla üz-üzə gələndə mübarizə aparsın. Çünki o bir neçə ay öncə vaksinlə bədənə düşən virusun hissəciyinə qarşı mübarizədə gücünü sərf etmişdi. Bunun mexanizminin izahı budur".

Milli.Az

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Fatimə · 27 İyul 10:3060

    Vaksinin heç bir effekti yoxdursa nə üçün vurulur,hətta məcburi deyil deyib insanların qarşısína qadağalar qoyurlar.belə çíxır ki,insanlarin azadlíğına məhdudiyyət qoyur.

    Cavab yaz
  • Anonim
    Qızılbaş. · 27 İyul 22:2210

    Bəs insanları niyə aldadırlar?

    Cavab yaz
  • Anonim
    . · 28 İyul 19:3510

    Insanları öldürmək ucun

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.