Maraqlı

Fransada ildə 150 hibrid təyyarə istehsal olunacaq

17 İyul 2021 19:20
0 Şərh     Baxış: 508
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransada ildə 150 hibrid - elektrik və termal təyyarə istehsal ediləcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, "VoltAero" fransız şirkəti "Cassio 1" hibrid mühərikli - elektrik və termal təyyarlərin istehsalı üçün Roçöfor şəhərini seçib. Roşöforda yeni hibrid təyyarələr üçün xüsusi qalxış və eniş xətti hazırlanıb. Şirkət ildə 150 hibrid təyyarə istehsal edəcəyini elan edib.

Hibrid təyyarələrin istehsalı ilə 150-dək daimi və 400 müvəqqəti iş yeri açılacağı qeyd olunub. 2022-ci ilin yazında açılacaq hibrid təyyarə zavodu Yeni Akiten regionu tərəfindən dəstəklənib. 23 min sakini olan şəhərdə istehsal olunacaq "Cassio 1" hibrid təyyarələri 3 saat 30 dəqiqə və ya 1200 km məsafəyə uça biləcək.

"VoltQero" şirkətinin direktoru və sınaq pilotu yeni təyyarələrlə bağlı açıqlama verərk bildirib ki, missiyaları elektriklə qalxış etmək, müəyyən yüksəkliyə çatdıqdan sonra səyahətin qalan hissəsini istilik mühərriki ilə reallaşdırmaqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.