Maraqlı

Ən təhlükəli MESAJLAŞMA PROQRAMLARI: adlar AÇIQLANDI

14 İyul 2021 17:24
0 Şərh     Baxış: 1 711
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Android mesajlaşma tətbiqində ən təhlükəli proqramların adı açıqlanıb. 

Milli.Az lent.az-a istinadən bildirir ki, istifadəçilərin şəxsi məlumatları ən çox "WhatsApp", "Telegram", "Viber" və "Google Hangouts"da ələ keçirilir. 

Antivirus sənayesindəki önəmli adlardan biri olan Kasperskinin apardığı araşdırma zamanı məlum olub ki, şəxsi məlumatların ələ keçirilməsinin 89,6 faizi "WhatsApp" üzərindən olmaqla, birinci yerdədir.

İkinci yerdə 5,6 faizlə "Telegram", 4,7 faizlə "Viber" üçüncü yerdə dayanır.  

"Google Hangouts" vasitəsilə şəxsi məlumatların ələ keçirilmə ehtimalı bir faiz belə deyil. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.