Maraqlı

Almaniya iqtisadiyyatının ekoloji relslərə keçməsi sərmayə tələb edir

15 İyul 2021 21:40
0 Şərh     Baxış: 958
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaxın bir neçə ildə Berlin iqlim üçün daha əlverişli iqtisadiyyata keçidə böyük həcmdə vəsait xərcləməlidir.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə Almaniya hökumətinin başçısı Angela Merkel Sənaye Günü ilə əlaqədar paytaxtda çıxışı zamanı bildirib. O qeyd edib ki, ölkə iqtisadiyyatının ekoloji relslərə keçməsi böyük həcmdə sərmayə və islahatlar tələb edəcək. Federal kansler bildirib ki, bu, bir tərəfdən iqtisadi məsələdir. Lakin elə sahələr var ki, bunu dövlətin dəstəyi olmadan yerinə yetirmək mümkün deyil.

Kansler bu doktrinada əsas istiqamətlərdən biri kimi sürücülərin dizel yanacağı ilə işləyən maşının sükanı arxasından elektrik enerjisi ilə işləyən avtomobillərin sükanı arxasına keçmələrini xüsusi vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.