Maraqlı

“Masumlar apartmanı”ndan niyə ayrıldığını açıqladı

12 İyul 2021 21:09
0 Şərh     Baxış: 1 882
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Masumlar Apartmanı"nın sezon finalı ilə seriyalla yollarını ayıran aktrisa Farah Zeynep Abdullah ilk dəfə bunun səbəbini açıqlayıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, aktrisa bu hərəkətindən sonra onun ünvanına səsləndirilən fikirləri qınayıb:

"Bir obrazın hekayədə sonunun gəlməsinin niyə bu qədər böyük məsələyə çevrildiyini anlaya bilmirəm. Mənim karyeramla bağlı qərar ola bilər, ssenari ilə bağlı ola bilər... Bu məsələdə üstümə gələnləri təəccüblə izlədim. Daha ciddi problemlərimiz olduğu halda, məsələnin bu qədər şişirdilməsi bir az qəribə deyilmi?"

Aktrisa Türkiyədə seriyalların saatlarının uzun olduğunu da vurğulayıb:

"Bölüm başına 2,5 saat olan 37 bölümlük bir mövsümdən bəhs edirik. Müqayisə etsək, 8 il davam edən "Taxt Oyunları"nın ümumi müddətindən 20 saat çox çəkən bir serial çəkdik. "Masumlar Apartman"nı fasiləsiz 1 mövsümünü izləmək üçün təxminən 3 gün 20 saat lazımdır. Düşünün ki, "Taxt Oyunları"nın 8 mövsümü 3 gün 16 dəqiqə edir. Bütün komanda bunu qəbul edib, iş üzərində çalışmağa başladı və ona görə plan qurduq. İncinin hekayəsi baxımından çox uzun müddət keçirdik və başa çatdığını düşünürəm. Mən də əlimdən gələni etdim".

Dərhal ayrılma qərarını qəbul etmədiyini açıqlayan aktisa, layihə başlamazdan öncə bir sezon oynayacağı ilə bağlı razılığa gəldiklərini deyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.