Maraqlı

Ana olmaq istəyən müğənni 16 kiloqram kökəlib

13 İyul 2021 22:42
Baxış: 1 340
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli müğənni Aylin Coşkun 2 ildir evli olduğu Volkan Aslanla uşaq sahibi olmaq istədiyini açıqlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni süni mayalanmaya baş vurduqlarını və müalicə olunduğu müddətdə 16 kiloqram aldığını bildirib:

"Olmur, hazırda çalışırıq, 16 kilo aldım. Hər kəsdən dua etməsini xahiş edirəm. Müalicələr davam edir. Xərçəng xəstələri ilə eyni streslə gedirmiş süni mayalanma müalicəsi. 1,5 ildir çalışıram".

Aylin ana ola bilməyəcəyi təqdirdə 10 pişik alacağını söyləyib.

Qeyd edək ki, 44 yaşlı müğənni 17 illik sevgisi Volkan Aslanla iki il əvvəl ailə həyatı qurub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.