Maraqlı

Yol polisi əməkdaşının milyonları hər kəsi heyrətə salır

7 İyul 2021 18:42
0 Şərh     Baxış: 3 396
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Başqırdıstan prokurorluğu rüşvətə görə tutulan yol polisi rəhbərinin keçmiş müavininin 24 milyon rubl məbləğində əmlakına həbs qoyub.

Milli.Az lenta.ru-ya istinadən xəbər verir ki, onun cinayət yolu ilə özünə milyonlarla rubl gəlir əldə etdiyi bəlli olub. Xüsusilə pul müqabilində imtahan vermədən sürücülük vəsiqələri satdığı müəyyən olunub. Araşdırmalar zamanı yol polisinin 36 avtomobil, iki mənzil, iki torpaq sahəsi və Ufa ətrafındakı elit bir bağ evi aşkar olunub. İstintaqa görə, ümumi dəyəri 24 milyon rubl olan əmlak əldə edib. Mülkiyyətini bəyannamədən gizlətmək üçün polis yaxın qohumlarının adına avtomobillər və daşınmaz əmlak keçirib.

Kamran Seyidov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.