Maraqlı

Gürcüstanda 5G şəbəkəsinin yaradılmasına hazırlıq gedir

6 İyul 2021 23:10
0 Şərh     Baxış: 1 124
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda 5G şəbəkəsinin qurulması işlərinin hazırlıqlarına başlanılıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, Gürcüstanın Kommunikasiyalar üzrə Milli Komissiyası bununla bağlı auksion elan edəcək.

Komissiyanın məlumatına əsasən, tezlik resursları artıq ayrılıb, hərracda başlanğıc qiymət hesablanıb və şərtlər müəyyən edilib. 5G şəbəkəsinin inkişafı üçün investisiyaları şirkətlər özləri cəlb etməli olacaqlar.

Hərracın şərtləri "Ernst & Young" şirkətinin ekspertləri ilə birgə Avropa Komissiyasının qərarları və avropalı həmkarların təcrübəsi nəzərə alınmaqla müəyyən olunub.

Auksionda qalib gələcək şirkətlərə tezlik resursu 15 illik müvəqqəti istifadə müddətinə veriləcək. Şirkətlər 2-7 il ərzində mərhələli şəkildə yaşayış məntəqələri, yol magistralları, hava limanları və dəmir yolunun daxil olacağı konkret coğrafi arealları şəbəkə ilə əhatə etməli olacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.