Maraqlı

Kimlər koronavirusa yenidən yoluxa bilər?

29 İyun 2021 08:01
0 Şərh     Baxış: 900
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusa yenidən yoluxma ehtimalı immuniteti zəif, böyrək çatışmazlığı, qaraciyər zədələnməsi, xərçəng müalicəsi alan və ya bu yaxınlarda orqan transplantasiyası olan insanlar arasında yüksəkdir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Texas Universitetinin Elmi Sağlamlıq Mərkəzinin mütəxəssisləri və Neşvildəki Vanderbilt Universitetinin Tibb Mərkəzindəki həmkarları ilə elektron məlumat bazalarını təhlil edərək, yenidən koronavirusa yoluxmuş 23 nəfəri seçib. Xəstələrin orta yaş həddi 64,5 olub, əksəriyyəti diabet, hipertoniya və ya digər immunitet xəstəliklərindən əziyyət çəkib. Bundan əlavə, bir çoxları artıq çəkili və siqaret çəkən olub. Mütəxəssislər xəstələrin 70%-nin həm birinci, həm də ikinci dəfə xəstəxanaya yerləşdirilməsinə ehtiyac olduğunu açıqlayıb. Tədqiqat yüngül koronavirusu olanların da yenidən yoluxa biləcəyini göstərib, lakin bu kimi hallarda komplikasiya riski minimaldır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.