Maraqlı

Demansın başlanmasından xəbər verən qeyri-adi 5 əlamət

29 İyun 2021 07:31
0 Şərh     Baxış: 1 024
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynin vəziyyəti gənclərin davranışına təsir etdikdə, bəzi qeyri-adi simptomları müşaidə etmək olar. Belə ki, demans (əqli zəiflik) 40, 50 və 60 yaşlarında olan insanlara da təsir edə bilər və bu xəstəliyi erkən mərhələdə aşkar etmək lazımdır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Britaniyanın Altsheymer araşdırması üzrə xeyyirrə cəmiyyəti demans əlamətlərinin xəstənin həm yaxınları, həm də həkimlər üçün tanınmasının çətin olması barədə xəbərdarlıq edib. Anomal zülalların beynə təsir etdiyinə dair bir neçə əlaməti qeyd etmək olar.

Birincisi, demans xəstəliyindən əziyyət çəkən bir insan görmə qabiliyyətinin pisləşməsi ilə qarşılaşa bilər, məsafəni, cisimlərin hərəkət sürətini və obyektin tanınması ilə bağlı problemlər yaşaya bilər. Bu halda afaziya (nitqin tam və ya qismən itməsi) inkişaf edə bilər, insan düşüncələrini ifadə etmək üçün doğru sözləri tapmaqda çətinlik çəkər. Eyni zamanda şəxsiyyətin və davranışın dəyişiklliyi də baş verə bilər. Bu əvvəlcə nəzərə çarpmaya bilər. Beyin xəstəliyi olan insanlar depressiyaya düşə, əsəbi ola, daha az özünə inana və əvvəllər sevdikləri fəaliyyətə daha az maraq göstərə bilər. Bu xəstələr tanımadığı vəziyyətə düşəndə özünü, yer və zamanı itirə bilər. Bu xəstəlik həqiqətən yaşamağa mane olur. Hansı həyat tərzi bu xəstəliyin qarşısını almaqda faydalı ola bilər? Mütəxəssislər qeyd edir ki, bol məşquliyyət və maraq dairəsini əhatə edən aktiv sosial həyat, erkən demansın qarşısının alınmasında müsbət rol oynaya ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.