Maraqlı

Qadının evindəki kondisionerin içindən gizli kamera çıxdı

27 İyun 2021 21:14
0 Şərh     Baxış: 4 432
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xarab olan kondisionerini düzəltdirməyə qərar verən qadın onun içindən gizli kamera aşkarlayıb.

"Komsomolskaya Pravda"nın məlumatına görə, hadisə Rusiyanın Moskva vilayətində qeydə alınıb.

Qadının sözlərinə görə, xarab olan kondisionerini düzəltdirmək üçün atasını çağırıb. Mütəxəssislə evə gələn kişi cihazı yoxlayanda içində bir detalın əvəzinə müşahidə kamerasının quraşdırıldığını öyrənib. Ustanın sözlərinə görə, görüntülər internet vasitəsi ilə hara isə ötürülürmüş.

Qadın bunun kim tərəfindən edilə biləcəyini düşünür və ayrı yaşadığı ərinin IT mütəxəssisi olduğunu xatırlayaraq ona zəng edir.

O, kişiyə kondisionerin xarab olduğunu və usta çağırmaq istədiyini deyir.

"Kondisionerimin xarab olduğunu eşidəndə o, bir elektrikçi ilə gəlməkdə israr etdi, amma mən onu mənzilə buraxmayacağımı dedim. Bundan sonra o, kondisionerə kamera quraşdırdığını etiraf etdi", - deyə qadın olanları danışır.

Qadın kamera ilə bağlı polisə müraciət edib. Hadisə ilə bağlı yoxlamalara başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.