Honkonqun mərkəzindəki torpaq sahəsi rekord qiymətə - 7 milyard dollara satıla bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Honkonq hakimiyyəti şəhərin işgüzar mərkəzində yerləşən torpaq sahəsini hökumət hərracına çıxarıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, daşınmaz əmlak bazarının analitiklərinin fikrincə, həmin torpaq sahəsi rekord qiymətə - 7 milyard dollardan baha satıla bilər.
Burada kommersiya tikintisi üçün nəzərdə tutulan 48 min kvadratmetrlik torpaq sahəsindən söhbət gedir. Həmin sahə Viktoriya limanının tökmə sahilində ofis otaqlarının kirayə qiymətlərinə görə liderlik edən 88 mərtəbəli Beynəlxalq Maliyyə Mərkəzinin qonşuluğunda yerləşir.
Torpaq sahəsinin alınması üzrə aparıcı developer konqlomeratlarının da iştirak edəcəyi tender iyunun 18-də bağlanacaq. Ekspertlər hərracda Honkonqda torpaq sahələrinin satışları tarixində yeni rekordun müəyyən edilə biləcəyini söyləyirlər.
Mütəxəssislərin fikrincə, dünyanın ən bahalı qiymətlərinə malik Honkonq əmlak bazarındakı vəziyyət 2019-cu ilin ikinci yarısında hökumət əleyhinə keçirilən kütləvi etirazların və koronavirus pandemiyasının yaratdığı iqtisadi böhrandan sonra tədricən bərpa olunmağa başlayıb.
İndiyə qədər burada ən bahalı ərazi Koulun yarımadasının qərbində, Çinin materik hissəsinə gedən sürətli dəmir yolu vağzalının qonşuluğunda yerləşən torpaq sahəsi hesab olunurdu. O, 2019-cu ildə 5.4 milyard dollara satılmışdı.
Qeyd edək ki, hökumət hərraclarında torpaq satışlarından əldə edilən gəlir Honkonq administrasiyası üçün ən mühüm büdcə daxilolmasıdır. Rieltorlar meqapolisdə mənzil, ofis və ticarət sahələri üçün yüksək qiymətləri boş yerlərin olmaması və ərazinin təpəli landşaftı ilə əlaqələndirirlər. Belə şəraitdə bir çox tikinti layihəsi "dənizdən qazanılan" tökmə sahillərdə həyata keçirilir ki, bu da böyük əlavə xərclər tələb edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Toyda kövrək anlar: Gəlinlə atasının rəqsi müzakirə yaratdı - (Video)
-
Cavidan Novruzun Sənubər İsgəndərli ilə selfisi gülüş yaratdı - (Video)
-
Zamiq Bodrumda oğlunu Fatih Terimlə görüşdürdü - (Foto)
-
Ronaldo matç öncəsi görüntüsü ilə müzakirə yaratdı: Təkcə su içirəm demişdi... - (Video)
-
DÇ-2026: Kanada Mərakeşə, Paraqvay Fransaya qarşı
-
Türkan Vəlizadə dəyişib belə oldu - (Video)
XƏBƏR LENTİ
-
Toyda kövrək anlar: Gəlinlə atasının rəqsi müzakirə yaratdı - (Video)
-
Cavidan Novruzun Sənubər İsgəndərli ilə selfisi gülüş yaratdı - (Video)
-
Yasamalda partlayış olan evdən görüntülər: 4 nəfərə satılıbmış... - Yenilənib - (Fotolar)
-
Yasamalda hərəkət edən bütün sürücülərə XƏBƏRDARLIQ
-
Rusiya ordusu Donetskin şəhərini ələ keçirdi
-
Deputatdan pensiyalarla vacib məlumat
-
Bilgəh Sanatoriyasının ərazisində çimərliyə giriş pullu oldu - Şikayət (Foto)
-
Zamiq Bodrumda oğlunu Fatih Terimlə görüşdürdü - (Foto)
-
"Arzum"un işi ilə bağlı yeni iddia: Amal Məlikov xuliqanlıq və narkotik işi üzrə məhkum olunub... - İddia (Fotolar)
-
İrandan Hörmüz boğazı ilə bağlı xəbərdarlıq
-
Ronaldo matç öncəsi görüntüsü ilə müzakirə yaratdı: Təkcə su içirəm demişdi... - (Video)
-
Sumqayıtda gənc qız çimərlikdə boğuldu
-
Fatimə Kərimova cinayətinin yeni detalları: Atasından daşınmaz əmlaklar qalıbmış
-
Tramp öz imzası olan yeni 100 dollarlığı paylaşdı - (Foto)
-
DÇ-2026: Kanada Mərakeşə, Paraqvay Fransaya qarşı
-
Rəqəmsal transformasiya iqtisadi inkişafla birbaşa bağlıdır - Kamaləddin Qafarov
-
Türkan Vəlizadə dəyişib belə oldu - (Video)
-
Ehtiyatda olan bütün hərbi vəzifəlilərin NƏZƏRİNƏ
-
Tramp İrana 1 həftə vaxt verdi
-
Prezident: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Donald Trampı təbrik edib
-
Messi Maradona və Mbappeni geridə qoydu
-
Neftimiz bahalaşdı
-
Hakimiyyəti pula çevirən prezident: Kriptovalyuta necə Trampın əsas biznesinə çevrildi





