Alimlər qütb parıltısının formalaşması prosesini laboratoriya şəraitində imitasiya ediblər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Alimlər qütb parıltısı ilə nəticələnən hadisəni ilk dəfə olaraq laboratoriya şəraitində imitasiya ediblər. Tədqiqatın nəticələri "Nature Communications" jurnalında dərc edilib. Qütb parıltısı Yerin maqnitosferi ilə Günəş küləyindən olan elektronların qarşılıqlı təsiri nəticəsində baş verir. Yerin maqnit sahəsi bu zərrəcikləri tutan zaman onlar qüvvə xətləri boyunca hərəkət etməyə başlayır. Nəticədə elektronlar planetin atmosferində qütblərə doğru gedir. Orada azot və oksigen molekulları ilə qarşılaşır və beləliklə, göy-yaşıl parıltı meydana gəlir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, amerikalı fiziklər bu prosesi laboratoriyada plazma generatorunun köməyilə təkrarlayıblar. Onlar öz tədqiqatlarını görkəmli fizik Lev Landaunun 1947-ci ildə irəli sürdüyü nəzəriyyə ilə əsaslandırıblar. Alim aşkar edib ki, elektromaqnit dalğalar və plazma buludunun daxilindəki müxtəlif yüklü zərrəciklərin qarşılıqlı təsiri nəticəsində elektronların hərəkəti sürətlənəcək. Atmosferdə bu cür titrəyişin mənbəyi Alfven dalğaları ola bilər. Bu müddəaları rəhbər tutan Ayova ştatı universitetinin (ABŞ) professoru Kreyq Kletsinq və onun həmkarları aşağı yerətrafı orbitin və qütblər üzərində ionosferin yuxarı qatlarının şəraitini yaradaraq Alfven dalğalarının və yüksək enerji elektronlarının qarşılıqlı təsirini izləyiblər.
Məlum olub ki, Alfven dalğaları ilə qarşılıqlı təsir nəticəsində elektronların təqribən 0,1 faizi həqiqətən kəskin şəkildə sürətlənib. Alimlərin fikrincə, bu sürət elektronların ionosferin aşağı qatlarına daxil olmasına, orada azot və oksigen atom və molekulları ilə toqquşmasına kifayət etməlidir.
Fiziklər ümid edirlər ki, gələcək təcrübələr elektronların necə sürətləndiyini təfərrüatı ilə öyrənməyə imkan yaradacaq. Bunun nəticəsində qütb parıltılarının yaranmasının və yoxa çıxmasının digər mexanizmlərini də öyrənmək mümkün olacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)
XƏBƏR LENTİ
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
-
Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə
-
İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"
-
Şəhid tələbəsini bu sözlərlə yad etdi - (Fotolar)
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)
-
İdman brendi Benzemadan imtina etdi
-
Türkiyədə 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü
-
Ağcabədidə qəzada ölən qardaşların Fotosu
-
Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı
-
UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilir
-
53 yaşlı türk müğənni tanınmaz halda (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Azərbaycana milyardlarla dollar gələcək - Ekspert açıqladı
-
"Fənərbağça"nın 100 milyonlarla dollar borcu var





