Maraqlı

Plastik məmulatlara qarşı diqqətli olun

12 İyun 2021 22:55
Baxış: 676
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Plastik qablarda qidanın uzun müddət saxlanılması zərərli maddələrin qidaya və daha sonra insan bədəninə daxil olması ilə nəticələnir. Beləliklə, allergik reaksiyalar və onkoloji xəstəliklərin yaranma riski artır".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bunu professor, tibb elmləri doktoru, endokrinoloq Anna Qonçarova "İzvestiya" nəşrinə açıqlamasında deyib.

Onun sözlərinə görə, qidaların və ya ərzaqların plastik qablarla təması uzunmüddətli olduqca, plastik qabın qidaya zərəri daha çox olur. Belə ki, plastik qabların tərkibində neft, kömür və təbii qaz mövcud olduğu üçün sağlamlıq üçün təhlükə mənbəyidir.

"Plastik qablardan istifadə süd vəzisi xərçənginə də yol aça bilər. Tərkibində plastik olan hər bir əşya insan sağlamlığı üçün təhlükəlidir. Buna görə də hamı çalışmalıdır ki, plastik qablardan az istifadə etsin".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.