Maraqlı

Dünyanın ən bahalı park yeri fantastik qiymətə satıldı

5 İyun 2021 02:30
Baxış: 746
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Honqkonqda yerləşən dünyanın ən bahalı daşınmaz əmlak bazarında yeni bir rekorda imza atılıb.

"The Standard" qəzeti xəbər verir ki, bir avtomobil üçün park yeri görünməmiş qiymətə - 10,2 milyon HK-ya (1,3 milyon dollar) satılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, söhbət "Victoria Peak Upland"da yeni lüks yaşayış kompleksindəki park yerindən gedir.

Bura adada milyarderlərin yerləşməyə üstünlük verdiyi ən prestijli ərazidir.

Alıcının adı açıqlanmır. Ancaq qəzetin yazdığına görə, Makao qumar maqnatı Stenli Honun keçmiş dördüncü arvadı Anjela Lian bu kompleksdə dörd mənzil alıb. Deyilənə görə, o, bunun üçün 1,3 milyard HK (167,5 milyon dollar) xərcləyib.

Honqkonqda mənzil, ofis, pərakəndə satış və park yerlərinin astronomik qiymətə olmasını boş ərazinin çatışmazlığı və ərazinin dağlıq təbiəti ilə əlaqələndirirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.