Maraqlı

“Virgin Galactic” kosmik turistlər üçün gəmini sınaqdan keçirib

27 May 2021 21:40
Baxış: 1 297
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Britaniyalı milyarder Riçard Brensona məxsus "Virgin Galactic" şirkəti ABŞ-da "SpaceShipTwo" seriyalı "Unity" kosmik gəmisinin uçuş sınaqlarını keçirib. Bu barədə şirkətin saytında dərc edilən məlumatda deyilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, kosmik turistlər üçün gəminin sınaqları Nyu-Meksiko ştatında aparılıb. Start əvvəlcə fevralın 13-nə planlaşdırılsa da, sonradan ləğv edilib. Şirkətin o vaxt verdiyi məlumata görə, texniki yoxlamalar üçün əlavə vaxtın ayrılması ilə bağlı qərar qəbul edilib.

Plana görə, "VMS Eve" təyyarə daşıyıcısı "SpaceShipTwo Unity" kosmik gəmisini 13 km (44 min fut) hündürlüyə qaldıraraq sərbəst planlaşdırmaya buraxmalıdır.

Martda "Virgin Galactic" şirkəti "VSS Imagine" adlı yeni kosmoplan hazırlamasını açıqlayıb. "YouTube"da dərc edilən videoçarxa görə, onun fərqli xüsusiyyəti bütün örtüyün istilik qorunmasının əlavə faktoru olan güzgü ilə örtülməsidir. Şirkət kosmoplanın sınaqlarına bu ilin yayında başlamağı planlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.