Maraqlı

“Windows 10” sisteminin yeni versiyası təqdim edilib

27 May 2021 21:50
Baxış: 685
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Microsoft" korporasiyası "Windows 10" əməliyyat sisteminin yeni versiyasını buraxıb. Bu barədə korporasiyanın saytındakı bloqda deyilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, əməliyyat sisteminin təqdim edilən versiyası "21H1" və ya "May 2021 Update" adlanır. Yeni əməliyyat sistemi çoxlu yeni funksiyaların mövcudluğu ilə fərqlənməsə də, şirkət nümayəndələrinin sözlərinə görə, mühəndislər tərəfindən ciddi işlər görülüb. "21H1" yeniləməsinin məhsuldarlığı və təhlükəsizliyi təkmilləşdirilib və bu səbəbdən onun quraşdırılması tövsiyə edilir.

Həmçinin qeyd olunur ki, "Windows 10" sisteminin "21H1" versiyasının quraşdırılmasının rəvan və insidentsiz başa çatması üçün ondan istifadə məhdudlaşdırılıb. Bundan əlavə, istifadəçilərə kompüterin əməliyyat sisteminin yeni versiyası üçün uyğunluğunu yoxlamaq tövsiyə olunur.

Yeniləməni fərdi kompüterə quraşdırmaq üçün "Windows yeniləmə mərkəzi"nə daxil olaraq "Yeniləmələrin mövcudluğunu yoxla" düyməsinə basmaq lazımdır. Əməliyyat sistemi mövcud olduğu təqdirdə "Yüklə və quraşdır" funksiyasını seçmək tələb olunur. Məhsulun quraşdırılması müəyyən vaxt aparacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.