Maraqlı

Çinli iş adamı klub alıb, 126 kq-lıq oğlunu hücumçu edib

18 May 2021 16:04
Baxış: 1 310
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çin futbolunda maraqlı hadisə baş verib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, çinli iş adamı He Şihua II liqa təmsilçisi "Zibo Kuyu"nun səhmlərini aldıqdan sonra 126 kq çəkisi olan oğlunu komandaya cəlb etdirib.

Hətta "Siquan Jiuniu" ilə görüşdə He Şihuanın həm oğlu, həm də özü start heyətində meydana daxil olub. 0:0 hesabı ilə başa çatan matçda klubun sahibi pleymeyker mövqeyində yer alıbsa, 126 kq-lıq oğlu hücumda çıxış edib.

Qeyd edək ki, He Şihua "Zibo Kuyu"nu 2 milyon avroya alıb. Komanda bu mövsüm keçirdiyi 5 oyunda 1 xal toplayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.