Maraqlı

“WhatsApp” yeni məxfilik qaydalarını qəbul etməyən istifadəçiləri deaktiv etməyəcək

13 May 2021 19:15
Baxış: 790
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"WhatsApp" messencerinin komandası yeni məxfilik qaydalarını qəbul etməyən istifadəçiləri deaktiv etməyəcəyini elan edib. Lakin yeni qaydaları qəbul etməyənlərə qarşı hansısa qadağa tətbiq ediləcək.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, messencerin yeni qaydaları mayın 15-də qüvvəyə minəcək. Eyni zamanda, istifadəçilərə onların qəbulu üçün əlavə vaxt veriləcək. Bir neçə həftədən sonra "WhatsApp" istifadəçilərə yenilik haqqında bildiriş göndərməyə başlayacaq.

"WhatsApp"ın nümayəndələri yeni məxfilik qaydalarının əksər istifadəçilər tərəfindən qəbul edildiyini bildiriblər. Eyni zamanda yeni qaydaları qəbul etməyənlərin hesabı deaktiv edilməyəcək, ancaq funksionallığı məhdudlaşdırıla bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.