“AMD Ryzen 5000H” prosessorlu “ASUS VivoBook Pro 14” noutbuku təqdim edilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"ASUS" şirkəti Çində "Ryzen 5000H" seriyalı yeni "AMD" mobil prosessorları əsasında ultranazik və kompakt "VivoBook Pro 14" noutbukunu təqdim edib. Yeni qurğunun çəkisi 1,35 kiloqram, qalınlığı 17,9 millimetr təşkil edir.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, "ASUS VivoBook Pro 14" iki variantda təklif olunur: 3,2-4,4 giqahers tezlik diapazonunda səkkiznüvəli "Ryzen 7 5800H" çipi, eləcə də 3,2-4,2 giqahers nüvə tezlikli altınüvəli "Ryzen 5 5600H" prosessoru əsasında. Hər iki prosessor 7 nanometrlik texnoloji prosesdən istifadə edilməklə "Zen 3" arxitekturası üzərində qurulub.
Noutbukun hər iki versiyası üçün istehsalçı tərəfindən 16 giqabaytlıq "DDR4" opertativ yaddaşı, eləcə də 512 giqabayt tutumlu "M.2" formatlı "NVMe" toplayıcısı təklif olunur. Hər iki halda portativ sistem 2880 × 1800 pikselli və 90 giqahers yeniləmə tezlikli 14 düymlük "OLED" ekranla təchiz edilib. Displeyin pik parlaqlığı 600 kandel/kvadratmetr, dinamik kontrastlıq səviyyəsi 1 000 000:1 təşkil edir. Ekran 1 milyard rəngi dəstəkləyən "DCI-P3" rəng məkanını 100 faiz əhatə edir.
Bundan başqa, noutbuk süni intellekt alqoritmləri əsasında "ağıllı" səsboğma sistemli "Harman Kardon" səs sistemi ilə təchiz olunub. "VivoBook Pro 14" həmçinin veb-kamera və işəsalma düyməsində yerləşən barmaq izi skanerinə malikdir.
"Ryzen 5 5600H" prosessoru əsasında 16 giqabaytlıq operativ yaddaş və 512 giqabaytlıq "SSD" toplayıcısı ilə təchiz edilən "VivoBook Pro 14" modeli istehsalçı tərəfindən 4599 yuan (təxminən 710 dollar) dəyərində qiymətləndirilir. "Ryzen 7 5800H" prosessoru əsasında eyni operativ yaddaş və bərkcisimli toplayıcıya malik böyük modelin qiyməti 4999 yuan (təqribən 772 dollar) təşkil edir. Artıq Çində yeni qurğu üçün ilkin sifarişlərin qəbuluna başlanılıb. Qurğunun bir müddət sonra dünyanın digər bazarlarında da satışa çıxarılacağı gözlənilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu yaşda ət yemək ömrü uzadır
-
Kleopatra haqqında tarixçilərin susduğu 6 utanc verici fakt
-
Tünd kişmiş cavanlaşdırır
-
Yuxudan duran kimi bunu edin
-
Qumralın əri ilə eşq dolu rəqsi diqqət çəkdi - (Video)
-
Mətbəx süngəri tarixə qovuşur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - (Video)
-
Burcu Biricik : "Milyonlar qazanan cəmi 3-5 aktyor var"
-
Günün qoroskopu: Ətrafınızdakıların fikirlərinə də bir qədər yer ayırın
-
Almaniyada insanlar niyə hesabı ayrı-ayrı ödəyir?
-
Bu qış xəyanət təhlükəsi artır: Hansı bürclər gizli eşq yaşaya bilər?
-
Mebel almaq istədi, aldandı - (Video)
-
Qaxda mikroavtobus dərəyə aşdı - (Video)
-
“Razılaşma əldə etməkdə çox maraqlıdırlar” - Donald Tramp
-
Ağdamda avtomobil aşdı, xəsarət alanlar var - (Video)
-
Kanalizasiya xətti üstündə dava düşdü - (Video)
-
Hərəkətdə olan avtomobil anidən alışdı - (Video)
-
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - (Foto)
-
Misirdə qatar qəzasında ölənlərin sayı 7-yə çatıb
-
Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb - (Foto)
-
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - (Foto)
-
“Müsəlman Birliyi Hərəkatı" üzvləri Almaniyadan deportasiya olunacaq – məntiq və qanun bunu tələb edir - (Video)
-
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva, Rəcəb Tayyib Ərdoğan və Əminə Ərdoğan Vətən Müharibəsi Qəhrəmanları və ordenlərlə təltif olunmuş hərbçilərlə görüşüblər - (Video)
-
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi





