Apple 27 milyard dollar dəyərində cərimələnə bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avropa komissiyasının ilkin nəticəsinə əsasən Apple şirkəti öz App Store platformasının üstünlüklərindən sui-istifadə edərək musiqi axını sahəsindəki rəqabəti ortadan qaldırır. Məlumatda qeyd edilib ki, tərtibatçılar yalnız App Store-dan istifadə edərək iOS istifadəçilərinə çıxış əldə edə bilirlər. Bununla belə Apple cihazları ilə proqram təminatı qapalı ekosistem yaradırlar və şirkət həmin ekosistem daxilində iPhone və iPad istifadəçisi ilə olan istənilən qarşılıqlı əlaqəni idarə edir. Avropa komissiyası Apple şirkətinin tərtibatçılar üçün təyin etdiyi iki qaydaya qarşı çıxır:
- App Store-dakı tətbiqlərin daxilində alış-veriş məsələsində 30%-lik komissiya ilə Apple sistemindən istifadənin şərt olması. Avropa komissiyasının apardığı istintaq nəticəsində məlum olub ki, kənar tətbiqlərin tərtibatçıları nəticə etibarilə qeyd olunmuş 30%-lik komissiyanı öz istifadəçilərindən çıxırlar. Yəni onlar istifadəçilər üçün göstərdikləri xidmətlərin qiymətlərini məcbur şəkildə qaldırmalı olurlar
- Tətbiq yaradıcılarının iPhone və iPad istifadəçilərinə tətbiqdən kənarda alış-veriş variantı barəsində məlumat vermələrinin qadağan olunması.
Məlumatda qeyd edilib ki, Avropa komissiyasının bu bəyanatı Avrozonada Apple Music ilə rəqabət aparan bütün musiqi servislərinə tətbiq edilən bu qaydaları əhatə edir. "Tətbiqlər mağazası üçün sərt qaydalar təyin edərək Apple musiqi axını sahəsində fəaliyyət göstərən və öz aralarında rəqabət aparan servisləri əlverişsiz vəziyyətə salır. Beləliklə Apple abunəçiləri daha ucuz abunəlik sistemlərinin seçilməsi imkanından məhrum edir və rəqabəti aşağı salır" - deyə Avropa komissiyasının icraçı vitse-prezidenti qeyd edib. Apple təmsilçisi bildirib ki, Spotify dünyanın ən böyük musiqi servisidir və Apple bu cür nailiyyətin əldə olunmasında oynadığı roldan qürur duyur.
"Servis App Store-un verdiyi üstünlükləri əldə etmək istəyir. Lakin o, bunun müqabilində ödəniş etməyin lazım olduğu barəsində düşünmür. Avropa komissiyasının Spotify adından arqumenti ədalətli rəqabəti təkzib edir" - deyə Apple təmsilçisi bildirib. Məlumatda qeyd edilib ki, Apple şirkəti Avropa komissiyasının arqumentlərinə cavab vermək imkanına sahib olacaq. Buna baxmayaraq əgər sübut olunsa ki, Apple həqiqətən də Avropa Birliyinin qanunlarını pozub, o, illik dövriyyəsinin 10%-i dəyərində cərimə əldə edəcək. Apple şirkətinin 2020-ci il üzrə dövriyyəsi 274.5 milyard dollar təşkil etmişdi. Burdan da belə qənaətə gəlmək olar ki, Apple 27 milyard dollar dəyərində cərimələnə bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Toyda kövrək anlar: Gəlinlə atasının rəqsi müzakirə yaratdı - (Video)
-
Cavidan Novruzun Sənubər İsgəndərli ilə selfisi gülüş yaratdı - (Video)
-
Zamiq Bodrumda oğlunu Fatih Terimlə görüşdürdü - (Foto)
-
Ronaldo matç öncəsi görüntüsü ilə müzakirə yaratdı: Təkcə su içirəm demişdi... - (Video)
-
DÇ-2026: Kanada Mərakeşə, Paraqvay Fransaya qarşı
-
Türkan Vəlizadə dəyişib belə oldu - (Video)
XƏBƏR LENTİ
-
Tramp Obama və Baydenlə futbola baxmaq istəyir
-
Abşeronda müşahidə edilən çəyirtkələrlə bağlı rəsmi cavab: Vəziyyət nəzarətdədir
-
Bazar günü çox isti olacaq
-
Toyda kövrək anlar: Gəlinlə atasının rəqsi müzakirə yaratdı - (Video)
-
Cavidan Novruzun Sənubər İsgəndərli ilə selfisi gülüş yaratdı - (Video)
-
Yasamalda partlayış olan evdən görüntülər: 4 nəfərə satılıbmış... - Yenilənib - (Fotolar)
-
Yasamalda hərəkət edən bütün sürücülərə XƏBƏRDARLIQ
-
Rusiya ordusu Donetskin şəhərini ələ keçirdi
-
Deputatdan pensiyalarla vacib məlumat
-
Bilgəh Sanatoriyasının ərazisində çimərliyə giriş pullu oldu - Şikayət (Foto)
-
Zamiq Bodrumda oğlunu Fatih Terimlə görüşdürdü - (Foto)
-
"Arzum"un işi ilə bağlı yeni iddia: Amal Məlikov xuliqanlıq və narkotik işi üzrə məhkum olunub... - İddia (Fotolar)
-
İrandan Hörmüz boğazı ilə bağlı xəbərdarlıq
-
Ronaldo matç öncəsi görüntüsü ilə müzakirə yaratdı: Təkcə su içirəm demişdi... - (Video)
-
Sumqayıtda gənc qız çimərlikdə boğuldu
-
Fatimə Kərimova cinayətinin yeni detalları: Atasından daşınmaz əmlaklar qalıbmış
-
Tramp öz imzası olan yeni 100 dollarlığı paylaşdı - (Foto)
-
DÇ-2026: Kanada Mərakeşə, Paraqvay Fransaya qarşı
-
Rəqəmsal transformasiya iqtisadi inkişafla birbaşa bağlıdır - Kamaləddin Qafarov
-
Türkan Vəlizadə dəyişib belə oldu - (Video)
-
Ehtiyatda olan bütün hərbi vəzifəlilərin NƏZƏRİNƏ
-
Tramp İrana 1 həftə vaxt verdi
-
Prezident: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Donald Trampı təbrik edib





