Maraqlı

Onurğa beynin damar xəstəlikləri

8 May 2021 08:01
Baxış: 542
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Onurğa beynin qan dövranının pozulmasına aşağıdakılar səbəb olur:
1. Onurğa beyin damarlarının birincili zədələnmləri - bu zədələnmələrə aortadan çıxan onurğa beyin arteriyasının və onların şaxələrinin aterosklerozu, infeksion allergik xəstəliklər (revmatizm, vərəm,siflis) damarların anadangəlmə inkişaf pozğunluqları və ya damarların varikozu, telangioektaziyası və s.
2. Hemodinamikanın ümumi və yerli pozulmaları zamanı onurğa beyin zədələnmələri (hipertoniya xəstəliyi, arterial hipertenziya, miokard infarktı, kəskin ürək damar çatmazlığı)
3. Osteoxondroz, spondiloartroz, hormonal spondilopatiya, şişlər, fəqərəarası diskin yırtığı, travmalar, hamiləlik, cərrahi müdaxilələr, onurğa beyin qan dövranının pozulması və s.
PATOGENEZİ: Beyində işemiya onurğa beyini qidalandıran arteriyaların tam tıxanması nəticəsində baç verir. Bu zaman onurğa beyin hövzəsinin kollateral qan dövranı ilə kifayət qədər təhciz olunmayan sahəsi daha çox zədələnir. Damar stenozu zamanı isə şaxələnmənin ucqar nahiyəsi güclü zədələnməyə məruz qalır.
Bu nahiyələr ümumi qan dövranının xeyli dərəcədə pozulduğu halda, xüsusən də onurğa beyni təhciz edən damarların əvvəllər mövcud olmuş dəyişikliyi zəminində zədələnə bilər.
Hemorragik insult anevrizmanın partlaması və ya onurğa beynin və onurğanın zədələnməsi nəticəsində baş verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.