Necə edək ki, Allahla münacatdan ləzzət alaq?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İnsanın zahiri hiss orqanları olduğu kimi, batini hiss qüvvəsi də mövcuddur. İnsanın batini gözü və batini qulağı vardır ki, mənəvi ləzzətləri onların vasitəsilə dərk edir.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, insanın mənəvi ləzzəti dərk etməsi üçün əbd və bəndə olduğunu dərk etməsi mühümdür. Əgər agah olsaq ki, biz bəndəyik və Allah bizim Mövlamızdır - Ona itaət etməliyik. Bu agahlıq və ibadət sayəsində insan mənəvi ləzzəti əldə edə biləcəkdir.
Bəs bu agahlığa necə çataq?
1. Təfəkkür etmək. İnsanın özü haqqında və Allahın nemətləri barəsində düşünməsi sayəsində, Allah haqqında məlumatı artar. Bu haqda mütaliə etmək və suallar verib cavablar almaq, get-gedə nəfsimizə təsir qoyacaqdır.
Elə ki, Allahı tanıdıq - daha böyük şövqlə Onunla münacat edəcəyik.
2. Vacibatları yerinə yetirmək və günahı tərk etmək. İbadətin həqiqi ləzzətini dərk etmək üçün gərək ruhumuz günaha bulaşmasın. Çünki günah - münacat ləzzətini dərk etməyə mane olan ən mühüm amildir. Ona görə də tövbə və istiğfar edərək, ruhumuzu günahdan paklaya bilər və Allahla ibadətin ləzzətini dərk edə bilərik.
3. Məadı yada salmaq və Allahı zikr etmək. Əgər bəndə bacarsa gün ərzində Allahı çoxlu yada salsın və Onu zikr etsin - bu zaman ibadət zamanı da mənəvi ləzzəti dərk edəcəkdir. Allahı davamlı olaraq zikr etmək və məadı yada salmaq - insanda qəlb hüzuru meydana gətirər. Hər nə qədər qəlb hüzuru çox olarsa, insan ibadətdən bir o qədər ləzzət alar.
4. Dua və təvəssül etmək. İnsan əgər ibadətlərindən ləzzət almaq istəyirsə, gərək Məsumlara (ə) təvəssül edib, onlardan yardım istəsin. Dua və təvəssül sayəsində insan ibadətlərinin ləzzətini dərk edəcək və Allaha yaxın olacaqdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda bəy və gəlin toya motosikletlə getdilər – (Video)
-
Azərbaycanlı aparıcı əri ilə fotosunu paylaşdı
-
Daimi pul çatışmazlığının beyin üçün təhlükəsi sübut edildi
-
Payız gəldi, saçlar tökülməyə başladı - Səbəb
-
İki dəfə aldanmalarına imkan verməyən bürclər
-
Sarı yoxsa yaşıl? Bananı bu şəkildə yeyənlər diqqətli olsunlar
XƏBƏR LENTİ
-
Bu gün Ramiz Mehdiyevin məhkəməsi keçiriləcək
-
Pakistan Əfqanıstana aviazərbə endirdi: Ölənlər var
-
Bakıda bəy və gəlin toya motosikletlə getdilər – (Video)
-
İş adamının nəvəsi qonşusunu güllələdi
-
Türkiyədə zəlzələ oldu
-
Azərbaycanlı aparıcı əri ilə fotosunu paylaşdı
-
Bakıda 10 otaqlı yaşayış evində yanğın oldu - (Video)
-
Paytaxtın 16 küçə və prospektində sıxlıq var
-
Bakının iki rayonunda elektrik enerjisi kəsiləcək
-
Daimi pul çatışmazlığının beyin üçün təhlükəsi sübut edildi
-
Payız gəldi, saçlar tökülməyə başladı - Səbəb
-
İki dəfə aldanmalarına imkan verməyən bürclər
-
"Kastinqlərdə şalvarımı çıxarmağımı istəyirdilər" - Sandra Bullok
-
Sarı yoxsa yaşıl? Bananı bu şəkildə yeyənlər diqqətli olsunlar
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələri kəsdi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)





