Həyat yoldaşına xəyanət edən BÜRCLƏR - Hamıdan gizlədilən GÜNAHLAR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyada günahsız və səhvsiz insan yoxdur. Hərənin öz qaranlıq keçmişi və balaca da olsa, günahları var. Bu da həyatın təbii qanunauyğunluğudur. İnsanlar həyatı elə öz səhvlərinin üzərində öyrənir, onlardan düzgün nəticə çıxarır. O da reallıqdır ki, hər birimizin düzəldə bilmədiyimiz zəif cəhətlərimiz var.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, astroloqlar bu dəfə bürclərin gizlətməyə çalışdığı zəif cəhətlərinin cədvəlini hazırlayıb.
Qoç - Yarış
Siz çox iddialı şəxsiyyətsiniz. Bu isə sizi daim başqaları ilə mübarizə aparmağa məcbur edir. Qalibiyyətə o qədər köklənirsiniz ki, ətrafda baş verən heç nəyi hiss etmir və olanalara fikir vermirsiniz. Siz arxayınlaşmağı və həyatdan zövq almağı öyrənməlisiniz.
Buğa - Zövq
Siz hər şeyin ən yaxşısını istəyirsiniz. Məsələn, yataq mələfələriniz mütləq ipək materialdan olmalıdır. Qab-qacağın da yalnız gümüş və ya qızıl qablardan olmasına xüsusi diqqət göstərirsiniz. Bəs siz bilirdiniz ki, həddən artıq dəbdəbəli həyat tərzi sürmək günahdır? Əlbəttə ki, seçim yenə də sizindir.
Əkizlər - Qeyri-müəyyənlik
Sizin dediklərinizə müxtəlif tərəflərdən baxmaq lazımdır. Məsələn, adi xoş komplimentinizi asanlıqla incə atmacaya yozmaq olar. Bəzən də əksinə. Bu da Əkizlərin tez-tez uğursuzluğa düçar olması ilə nəticələnir.
Xərçəng - Zina
Zina evli olduğu halda həyat yoldaşına xəyanət etmək və başqası ilə cinsi əlaqədə olmaq deməkdir. Təəssüf ki, müasir dünyada zina elə də qorxulu günahlar cərgəsinə daxil edilmir...
Şir - Xudpəsəndlik
Yox, siz heç də narsist və özünə inamlı şəxsiyyət deyilsiniz. Sadəcə, hamıdan yaxşısınız və bunu digərlərindən gizlətməyə ehtiyac görmürsünüz.
Qız - Qeybət
Siz başqalarının həyatı haqqında danışmağı çox sevirsiniz. Hərdən iradlarınızı özünüzə də bildirməyə çalışın. Yəqin ki, onda başqalarını olduğu kimi özünüzü də öz tənqidlərinizə inandıracaqsınız...
Tərəzi - Avaraçılıq
Əyləncə həyatınızı parlaq edir. Dostlarla məclislər sizin üçün təmiz hava kimi vacibdir. Lakin qapalılıq haqqında da unutmayın. Axı orada daha qiymətli nə isə var.
Əqrəb - Şəhvət
Əlbəttə ki, təbiət etibarilə siz kifayət qədər ehtiraslısınız. Əxlaqsız və azğın hesab edilən məsələlərə sizin öz baxışlarınız var. Xoşbəxtlikdən siz "sola" getməyə meyilli deyilsiniz. Sizin böyük mətanətinizə cəsarətlə həsəd aparmaq olar.
Oxatan - Boşboğazlıq
Dostlarınızla oynamağa sadəcə pərəstiş edirsiniz. Onlara özünüzdən uydurduğunuz hekayələr danışırsınız və çox güman fəxr edirsiniz ki, bununla istənilən kəsin əhval-ruhiyyəsini qaldıra bilərsiniz. Bəs ulduzlar sizə dilinizi dinc qoymağı məsləhət görərsə? Çətin ki, siz onlara qulaq asacaqsınız...
Oğlaq - Acgözlük
Siz çox qonaqpərvərsiniz, ehtiyacı olanlara öz diqqət və qayğınızı bəxş etməyə həmişə hazırsınız. Amma pul məsələsində çox həssassınız. Siz onlar üçün çox şey edə bilərsiniz. Məgər özünü və ailəsinin rifahını təmin etmək günahdır? Ola bilsin ki, bu günah yox, sadəcə ehtiyatlılıqdır.
Dolça - Dikbaşlıq
Siz heç vaxt ətrafdakıların məsləhətlərinə qulaq asmırsınız. Odur ki, bu bürcün nümayəndələrinə onların ürəyincə olmayan işi görməyə məcbur etmək sadəcə mümkün deyil. Sizin öz dəyərlər sisteminiz və öz avtoritetləriniz var, hansı ki, onlar hamılıqla qəbul edilmiş qayda-qanunlardan çox uzaqdır.
Balıq - İstedadınızı boşa sərf edirsiniz
Siz çox istedadlı və yaradıcı şəxsiyyətsiniz. Amma uğur əldə etmək üçün səy göstərmək lazımdır. Siz isə bunun üçün nəsə etmək və güclənmək fikrində deyilsiniz. Hər halda sınamağa dəyər. Bəlkə də dünyanı dəyişmək və gözəlləşdirmək üçün gücünüz tapılar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Saç qaynağının gizli təhlükəsi
-
10 günə 100 min özbək Rusiyadan getdi
-
Dünyada ilk dəfə belə döyüş oldu - (Video)
-
Selin Dion 6 il sonra səhnəyə qayıtdı - (Video)
-
ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı
-
Elgiz əməkdar artistlə verilişdə "söz savaşı"na çıxdı" - (Video)
-
Tiktoker Əhdi və tanışı saxlanıldı - (Foto)
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Əməkdar artist görünüşündə dəyişiklik etdi - (Video)
-
Həmin gündən 4 il ötdü... - (Fotolar)
-
Bakıda taksi sürücüsünün qazancı müzakirə yaratdı - (Video)
-
Ofeliya Sənani xəsarət aldı: “Yerə çırpıldım..."
-
Soda İbrahimiyə edam cəzası verildi
-
“Çocuklar Duymasın”ın aktrisası tanınmaz halda - (Foto)
-
"Məhkəməyə onun qardaşı yox, Güllünün oğlu kimi gedəcəyəm"
-
Bədii gimnastların zəriflik şousu başa çatdı - (Foto)
-
Yaşlanmamaq üçün oğlunun qanını özünə köçürmüşdü, indi də itinin ömrünü "uzatmaq" istəyir
-
Ən paxıl BÜRCLƏR – Gözlərinə görünməyin
-
Trampın uşaqlıq illərini keçirdiyi malikanə satıldı - (Foto)
-
Şəbnəm Tovuzlu geyim ilə müzakirə yaratdı - (Video)
-
Bakıda dəbdəbəli toy: Demet Akalın, Aygün, Röya səhnə aldı - (Video)
-
Dünyada ən çox maaş alan lider odur
-
Qeri Mayers vəfat etdi - (Foto)
-
Venesiya Film Festivalının qalibləri açıqlandı: "Qızıl Şir"i kim aldı? - (Foto)





