Maraqlı

Bioloji parçalanan implantlar

17 Aprel 2021 19:20
Baxış: 480
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mütəxəssislər zədələnmiş sümükləri bərkitmək yolu ilə fiksə edən mineral-polimer implantları yaradıb. Bu cür materiallar hazırda istifadə olunan standart metal konstruksiyaları əvəz edə bilər. Tədqiqatçılar yeni implantın əsas üstünlüyünü qeyd edərək, onun xəstənin sümük toxumasını tamamilə əvəz etdiyini bildirir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, implant hissələrini və ya vintləri çıxarmaq üçün yenidən əməliyyatlara ehtiyac yoxdur. Tədqiqatçılar yeni materialın tərkibini, sümük hüceyrələri tərəfindən parçalanan polimer və kalsium tərkibli maddələrdən hazırlayıb. İstehsalçıların planlaşdırıldığı kimi, implantlar quraşdırıldıqdan sonra, altı aydan iki ilə qədər müddətdə, sümükləri kalsium və fosforla qidalandıraraq, onları bərpa etməklə orqanizm tərəfindən həzm ediləcək. Material daxildə həll etdikdən və zədəni sağaltdıqdan sonra, onun heç bir hissəsi qalmamalıdır.

Xatırladaq ki, hazırda sümükləri düzəltmək üçün vintlər və sancaqlardan istifadə olunur, onların çıxarılması ikinci bir əməliyyat tələb edir. İmplantların yaxın bir neçə ilə bazara çıxarılması gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.