Koronavirus əbədi olaraq bizimlə qalacaq - AKADEMİK
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Koronavirus əbədi olaraq bizimlə qalacaq, heç yerə getməyəcək.
Seçenov adına universitetin Mikrobiologiya, virusologiya, immunologiya üzrə kafedranın rəhbəri, akademik Vitaliy Zverev koronavirusdan qorxmağı unutmağa çağırıb.
Milli.Az xəbər verir ki, akademik koronavirusun bundan sonra insan populyasiyasında əbədi qalacağını bildirib.
"Virusa qalib gəlmək, pandemiyanı bitirmək ayrı, amma məsələyə elmi yanaşmaq ayrı. İş ondadır ki, virusu bizi tamam tərk edəcəyinə dair heç bir ciddi əsas yoxdur.
Dünya var olandan biz çox virus infeksiyaları ilə mübarizə aparmışıq. Hələ ki, cəmi bir virusu tamam yoxa çıxarmışıq. O da təbii çiçək. Bu virusa qarşı bütün dünya səfərbər olmuşdu və yaxşı bir vaksin icad edildi, hamını da peyvəndlədilər.
Bundan sonra çiçək xəstəliyi geri qayıtmayacaq. Çünki bu virusa yoluxmuş insanlar artıq qalmayıb.
Koronavirusu isə Yer üzündən tamam məhv etmək mümkün olmayacaq. Çünki effektiv vaksini yoxdur və aramızda bu virusa yoluxub sağalmış insanlar var.
Koronavirus əsrlər boyu iç-içə yaşadığımız qrip, adenovirus, rinoviruslar kimi bizimlə olacaq. İnsan populyasiyasında 4 növ koronavirus olub, bu da 5-cidir. Bəli, ən mürəkkəbidir, amma neyləmək olar.
Şükür edək ki, koronavirus çiçək xəstəliyi deyil. Hətta ağır qrip də deyil. Onlar daha dəhşətli viruslar idi. Populyasiya olmuş virus heç vaxt ölməyəcək. İnsan sadəcə bu virusa qarşı immunitet qazanacaq.
Nəticədə bütün yer üzünün 70% və bir qədər çox əhalisi virusa yoluxacaq. Əsasən yüngül formada. Sonra isə hər şey qazanacağımız immunitetdən asılı olacaq. Uzunmüddətli möhkəm immunitet olacaq, yoxsa zəif,qısamüddətli. Yalnız ondan sonra virusun necə davranacağı barədə danışmaq olar. Periodik olaraq insanlar yoluxub xəstələnəcək. Lakin indiki kimi pandemiya olmayacaq". /medicina.az
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
"Barselona"da ciddi itki
-
Zlatan İbrahimoviç: "Arda "Barselona"nı seçsəydi..."
-
Formula 1-dən Bakı ilə bağlı paylaşım - (Foto)
-
“Yeni ulduz”un münsifəri və aparıcısı bəlli oldu
-
Qələbələr, rekordlar və unudulmaz anlar: Azərbaycan Qran-Prisinin tarixində iz qoyan 5 pilot - (Foto)
-
Bilgəhdə dənizdə boğulanlar tələbələr imiş - (Yenilənib/Video)
XƏBƏR LENTİ
-
1840,3 ha ərazi minalardan təmizlənib
-
"Barselona"da ciddi itki
-
Rus ordusu daha iki kəndi işğal etdi
-
Deputat səhiyyə nazirini tənqid etdi - Nazirlikdən cavab
-
Bu istiqamət üzrə əlavə qatar reysləri həyata keçiriləcək
-
17 milyondan 12 milyona düşdü - Bakıda dəbdəbəli malikanə satışda
-
Azərbaycanlı hakim dünya çempionatında
-
Bakıda əməliyyat edilən 31 yaşlı həkim vəfat etdi
-
Rusiyada seçkilərin ilkin nəticələri açıqlandı
-
Dövlət Uşaq Filarmoniyası istedadlı yetirmələri ilə musiqi bayramına öz töhfəsini verməyə davam edir - (Foto)
-
Zlatan İbrahimoviç: "Arda "Barselona"nı seçsəydi..."
-
Formula 1-dən Bakı ilə bağlı paylaşım - (Foto)
-
“Yeni ulduz”un münsifəri və aparıcısı bəlli oldu
-
Alim Qasımov Üzeyirlə duetindən danışdı
-
Lionel Messi Peleni geridə qoydu
-
Monitor AYNA-nın tədbirində aşıb?
-
Si Cinpin ABŞ-yə səfər edəcək
-
İcra başçısının birinci müavini vəzifəsindən azad edildi
-
Sabah Bakıda hava dəyişir: Külək, yağış - Proqnoz
-
Pensiya bu tarixdə ödəniləcək - Rəsmi
-
13 yaşadək uşaqlara sosial şəbəkə qadağası - Avropa nəyi dəyişir?
-
Ramiz Mehdiyevin məhkəməsi başladı - (Yenilənib)
-
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı - Məhsullar satışdan çıxarılır
-
İtaliyada da məktəblərdə niqab qadağan edildi





