Maraqlı

“WhatsApp” messencerlər arasında öz mövqeyini itirməyə davam edir

8 Aprel 2021 23:30
Baxış: 1 170
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İlin əvvəlində "WhatsApp" messencerinin rəsmisi istifadəçi razılaşması qaydalarının "Facebook" ilə daha geniş inteqrasiya edilməsi istiqamətində dəyişdiriləcəyini elan etmişdi. Bu səbəbdən istifadəçilər alternativ messencerlər axtarmağa başlayıblar. Bu yaxınlarda dərc edilmiş hesabata görə, "WhatsApp" messenceri hələ də öz mövqeyini itirir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, istifadəçilər "Signal" messencerini əvvəlkindən daha çox quraşdırmağa başlayıblar. İndi "Signal" messenceri dünyada yükləmələrə və aylıq aktiv istifadəçilərinin sayına görə ən sürətlə inkişaf edən proqramdır.

"Telegram" messenceri isə aylıq aktiv istifadəçilərinin sayına görə dünyada ikinci yerdədir. "Signal" və "Telegram" mobil tətbiqlərinin yükləmələri günbəgün artır.

"WhatsApp"ın yeni qaydaları mayın 15-dən qüvvəyə minir. Həmin qaydaları qəbul etmədikdə messencerdən tam istifadə mümkün olmayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.