Binance birjası: qeydiyyat və hesaba mədaxil etmək qaydaları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ticarət dövriyyəsi və valyuta çütlüklərinin sayına görə dünyanın ən iri kriptovalyuta birjası olan Binance hazırda kripto sektorun ən populyar platformalarından biridir. Binance birjası faktiki olaraq kriptovalyuta ticarəti üzrə ən likvid birja hesab olunur və 2017-ci ilin iyul ayında yaradılıb. Şirkətin rəsmi adı - BINANCE Holding Limited, rəsmi sayt - binance.com, rəsmi qeydiyyat ünvanı - Kayman adaları, birjanın təsisçisi və CEO-su Changpeng Zhao (CZ). Birjanın daxili tokeni - Binance Coin (BNB), bu token birja daxilində ticarət komissiyalarının azaltmaq, həmçinin İEO və Launchpool-da iştirak üçün istifadə olunur. Məsələn, birjada ticarət üzrə əməliyyat komissiyası 0.1% təşkil edirsə, BNB ilə bu 0.075% olacaq. ABŞ-da olan istifadəçilər və treyderlər üçün ayrıca binance.us platforması yaradılıb.
Binance birjasında kriptovalyutaların fyuçers, P2P, OTC, spot və marjinal ticarəti mümkündur. Binance-də 288 kriptovalyuta listinq edilib və eyni zamanda 969 valyuta cütlüyü ilə ticarət etmək imkanı var. Bundan əlavə, birjada steykinq, lendinq, farminq və mayninq-pul xidmətləri var. Bu xidmətlərdən istifadə edib faydalanmaq üçün ilk növbədə birjada qeydiyyatdan keçmək və hesaba vəsait mədaxil etmək lazımdır.
Binance birjasında qeydiyyat.
Binance birjasında qeydiyyatı bu link ilə keçmək olar. Qeydiyyat prosesi sadədir və e-mail və ya mobil nömrə ilə mümkündür. Müvaqfiq qeydiyyat prosedurlarını keçdikdən sonra sizin e-poçta və mobil telefona təsdiq sms-i gələcək. Qeydiyyat tam bitdikdən sonra hesabınızıın verifikasiya edilməsi mütləq tələb kimi qoyulmur lakin bu çöx önəmlidir. Rəqəmsal aktivlərinizin birjdan çıxarılması və birja daxilində əmliyyatlar üzrə bəzi məhdudiyyətləri genişləndirmək üçün şəxsi məlumatların təsdiqinə ehtiyac var. Birja hesabınız verifikasiya edilməsə gündəlik birjadan məxaric limiti yalnız 2 bitcoin (BTC) dəyərində mümkün olacaq. Verifikasiya edildikdən sonra limit 100 BTC-yə qədər qaldırlır. Birjda qeydiyyat yalnız Belarus vətəndaşları üçün qadağandır.
Binance birjasında hesaba mədaxil.
Binance birjasında fiat valyutalar (dollar, avro) ilə ticarət etmək və mədaxil-məxaric əməliyyatlarını aparmaq mümkün deyil. Bütün əməliyyatlar yalnız kriptovalyutalar ilə aparaılır. Yəni, siz birjadakı hesabınızı bank köçürməsi və ya VİSA/MasterCard kartları ilə dollar mədaxil edə bilməyəcəksiniz. Bunun üçün mübadilə servisləri, elektron cüzdanlar (Advanced Cash, Payeer) və ya fiat valyutalar ilə mədavil-məxaric əməliyyatları mümkün olan kriptovalyuta birjalarında (Cex.io, Currency.com, Exmo) kriptovalyuta (BTC, USDT, USDC) alıb Binance-yə mədaxil edə bilərsiniz. Hazırda ən çox istifadə edilən üsul birjaya Tether (USDT) mədaxil edərək bitcoin və ya digər altcoinlər alaraq ticarət etməkdir. Lakin onu da qeyd edim ki, hazırda Azərbaycanda bu üsul ilə kriptovalyuta almaq sərfəli deyil. Çünki 01.01.2017 tarixdən etibarən kriptovalyuta birjaları, mübadilə servisləri və beynəlxalq elektron cüzdanların hesabına yerli bankların verdiyi MasterCard/Visa kartları ilə valyuta mədaxil etdikdə 18% vergi tutulur. Bu faktor investorlar üçün kripto-sərmayələrin rentabelliyini azaldır. Birja hesabınıza kriptovalyuta ilə mədaxil edən zaman heç bir komissiya tutulmur. Birjadan məxaric ediləndə isə hər bir kriptovalyutanın xüsusiyyətindən aslı olaraq individual komissiya müəyyən edilir.
Milli.Az kriptoinvest.az-a istinadən bildirir ki, ticarət olunan rəqəmsal aktivlərin sayı, ticarət dövriyyəsinin həcmi, aktiv treyderlərin sayı, sadə interfeys, ticarət alətlərinin çoxluğu və texniki təhlükəsizlik sistemi binance birjasını hazırda kriptovalyuta ticarəti üzrə flaqman platformaya çevirib. Bu səbəbdən binance-də rəqəmsal aktivlərin qiyməti və əməliyyatlar üzrə komissiya xərcləri digər birjalara nisbətən sərfəlidir. Bazara daxil olan hər bir yeni kriptovalyuta binance birjasına listinq olunmağa çalışır. Hər hansı bir kriptovalyutanın binance birjasına daxil olması və ya birjadan de-listinq olması həmin rəqəmsal aktivin reytinqinə və qiymətinə birbaşa təsir edir. Məlumat üçün qeyd edim ki, binance birjası qazancının bir hissəsi gözlənilməz vəziyyətlərdə zərərləri ödəmək üçün xüsusi SAFU (Secure Asset Fund for Users) Fonduna göndərilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dünyanın sonu, yanğınlar və böhranlar: Nostradamusun 2027-ci il üçün proqnozu
-
İnsanları maqnit kimi cəlb edirlər - 4 xüsusi doğum günü
-
“Eşref Tek”in tərəf müqabili açıqlandı
-
Günün qoroskopu: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Bakıda iki “KamAZ” toqquşdu - Yaralılar var - (Video)
-
Həm avtomobillərindən, həm də pullarından oldular - (Video)
XƏBƏR LENTİ
-
Dünyanın sonu, yanğınlar və böhranlar: Nostradamusun 2027-ci il üçün proqnozu
-
İnsanları maqnit kimi cəlb edirlər - 4 xüsusi doğum günü
-
“Eşref Tek”in tərəf müqabili açıqlandı
-
"Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
-
Ev dustaqlığına buraxılan Leyla Əhmədovanın yeni (Fotoları)
-
Azərbaycanda molla arvadını qətlə yetirdi - təfərrüat
-
Günün qoroskopu: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Leyla Əliyeva “Sayrışan simvollar” adlı sərgidən görüntülər paylaşıb - (Video)
-
Bakıda iki “KamAZ” toqquşdu - Yaralılar var - (Video)
-
Leyla Əliyeva Rusiyanın Xalq artisti Gennadi Xazanov ilə görüşü ilə əlaqədar paylaşım edib - (Foto)
-
İki nəfərin öldüyü “Şəki Yaylası” istirahət mərkəzi bağlandı
-
Xırdalanda 12 yaşlı qız itkin düşüb
-
Paltar reklamı, yoxsa əxlaqsızlığın reklamı? - Jurnalist Orxan Rasifoğlu yazır
-
Azərbaycan karateçiləri Sofiyada 7 qızıl medal qazanıblar - (Foto)
-
"Pis vərdişlərdən uzaqlaşdım, 9 kiloqram arıqladım" - İbrahim Borçalı
-
Həm avtomobillərindən, həm də pullarından oldular - (Video)
-
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
-
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
-
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
-
İlyas Yalçıntaş sərbəst buraxıldı
-
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
-
Türkiyə Heydər Əliyev parkı ilə bağlı yayılan məlumatları təkzib etdi
-
Bakıda torpaq sahələri bahalaşdı
-
Natiq Nağıyev vəzifəsindən azad edildi





