Maraqlı

Xərçəng riskini 5 qat artırır - Çay içərkən istiliyinə DİQQƏT

1 Aprel 2021 21:20
Baxış: 1 309
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mütəmadi olaraq qaynar, 65 dərəcədən çox istilikdə içilən çay qida borusu xərçəngi riskini artırır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, araşdırmalara görə, siqaret, isti çay və alkoqol istifadəsi varsa bu risk 5 qat daha da artır. Gündə 3-4 fincandan çox olmamaq şərti ilə, ilıq çay içilməlidir. Amerika və Çində aparılan araşdırmalara görə, 65 dərəcədən yüksək istilikdə içilən çay qida borusu xərçəngi riskini artırır. Dünyada bəzi nəticələrə görə 6, bəzilərinə görə isə 8-ci sırada olan ölüm səbəbidir.

Çin, Qazaxıstan, Tacikistan, Özbəkistanda çox insan çay və isti içkilər içdiyindən qida borusu xərçəngi problemi ilə çox qarşılaşırlar. Onunla bərabər siqaret və alkoqol istifadəsi varsa bu risk daha da artır.

Çay içməzdən əvvəl 3-4 qdəqiqə gözlətmək lazımdır. Qaynar çay içdikdə qida borusunda yaralar əmələ gəlir. Əgər bu xroniki hal alarsa xərçəng yarada bilər.
Qeyd edək ki, qida borusu xərçənginin ən önəmli əlaməti udqunmada çətinlikdir. Belə olan halda mütləq həkimə getmək lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.