Maraqlı

Robot Sofianın çəkdiyi əsər 1 milyona satıldı - FOTOlar

28 Mart 2021 18:01
Baxış: 1 565
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur robot Sofianın çəkdiyi incəsənət əsəri hərraca çıxarılıb.

Milli.Az Axşam.az-a istinadən bildirir ki, tablo auksionda 668 min 888 dollara (1 milyon 137 min manata) alıcı tapıb.

Əsəri alan şəxsin kimliyi gizli saxlanılır. Sofianın yaradıcısı Devid Henson incəsənət nümunəsinin tez zamanda bu qədər baha qiymətə satılmasına təəccübləndiyini bildirib. Robota bu tablonu çəkməkdə italiyalı rəssam Endryu Baneseto da kömək edib.

Qeyd edək ki, Sofia dünyada ilk süni intellektli humanoid robotdur. Mərkəzi Honq Konkda yerləşən "Hanson Robotics" şirkəti tərəfindən 2016-cı ildə yaradılıb.O, süni intellekt əsasında  insanla ünsiyyət saxlaya və fikir mübadiləsi apara bilir.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.