Hazırda "TV8" telekanalında yayımlanan "Kırmızı Oda" serialından daha 2 aktyor ayrılıb.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rolları canlandıran Tülin Özen ilə Burak Sevinç izləyicilərə vida edib.
Qeyd edək ki, aktrisa serialda "Piraye", aktyor isə "Dəniz" adlı həkim obrazını oynayırdı. Real həyat hekayələrindən bəhs edən ekran əsərinin baş rolunu isə Binnur Kaya canlandırır.
Milli.Az