Maraqlı

ABŞ dronlar üçün yeni qaydalar tətbiq edəcək

18 Mart 2021 23:55
Baxış: 1 104
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Federal Aviasiya İdarəsi (FAA) yeni dron qaydalarının qüvvəyə minəcəyi tarixləri təyin edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Remote ID ve Operations Over People qaydaları 21 aprel 2021-ci ildən qüvvəyə minəcək. O vaxtdan etibarən, hər hansı  dronun seriya nömrəsinin qeydlərdə göstərilməsi mütləqdir. Qaydalara əsasən, qorunmalı qanadları olan pilotsuz təyyarələr insanlar üzərində kiçik uçuşlar həyata keçirə biləcəklər. Lakin Remote ID sənədinə əməl edilmədiyi müddətdə isə uzunmüddətli uçuşlar mümkün olmayacaq.

Daha ağır pilotsuz təyyarələr üçün isə ciddi əməliyyat və performans tələbləri var. Məsələn, 3 kateqoriyalı pilotsuz təyyarələr identifikatordan azad şəkildə və insanların üzərindən uça bilməzlər. Bəzi pilotsuz təyyarələrdən isə uçuşa yararlılıq sertifikatları, texniki xidmət və yoxlamalar tələb olunur.

Yeni qaydaya görə, pilotsuz təyyarə istehsalçıları 16 sentyabr 2022-ci ildən etibarən tələblərə qaydalara riayət etməlidirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.