Maraqlı

Dəniz Çakır haqqında çıxan xəbərləri yalanladı

13 Mart 2021 09:57
Baxış: 1 490
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hazırda "Masumiyet" serialında rol alan aktrisa Dəniz Çakır geyim köməkçisini təhqir etdiyi iddiası ilə məhkəməlik olmuşdu.

Milli.Az axşam.az-a istinadən bildirir ki, D.Çakır bu barədə sosial şəbəkədə məlumat yayıb:

"2 gündür işdən çıxan şəxsin, "məni işimdən edib" kimi sözləri yalandır. Belə fürsət güdənlərə fikir verməyin. Birinin tanınmasını fürsət bilib, belə hekayələr danışmaq pislikdir. Şərlə yol getmək olmaz. Siz də bu məsələnin bir parçası olmayın".

Qeyd edək ki, serialın yayım şirkəti də məsələyə aydınlıq gətirib:

"Təhqir və ya mübahisə qətiyyən yaşanmayıb. Çağatay Görgən hadisənin baş tutduğunu iddia etdiyi vaxtdan 2 gün öncə istefa vermişdi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.