Maraqlı

Xiaomi Türkiyədə test istehsala başladı

16 Mart 2021 22:20
Baxış: 573
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xiaomi Türkiyədə test istehsala başlayıb. Bu barədə şirkət rəsmiləri məlumat yayıblar. Bildirilib ki, şirkət Salcomp ilə əməkdaşlıq çərçivəsində Türkiyənin İstanbul Avcılar ərazisində 30 milyon dollarlıq sərmayə ilə smartfon  fabrikini qurub.

Milli.Az ted.az-a istinadən bildirir ki,  hər il 5 milyon mobil telefon istehsal ediləcəyi gözlənilən fabrikdə 2000 əməkdaş işləyəcək.

Müəssisənin tam gücü ilə istehsala başlayacağı, yaxud prosesin tədricən baş verəcəyi hələlik məlum deyil. Fabrik üçün paylaşılan son iş elanları isə test mühəndisi kimi sahələri əhatə edir.

Qeyd edək ki, şirkət rəsmiləri işə götürmə prosesində universiteti yeni bitirən və təcrübəsi az olanlara üstünlük verəcəklərini vurğulayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.