Maraqlı

Biometrik skanerə malik kredit kartı təqdim ediləcək

15 Mart 2021 22:20
Baxış: 835
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cənubi Koreyanın "Samsung Electronics" şirkəti, onun törəmə şirkəti "Samsung Card" və ABŞ-ın "MasterCard" şirkəti birlikdə barmaq izləri skanerinə malik biometrik kart hazırlayacaqlar. Yeni sistem mağazalarda alış-veriş üçün ödəniş prosesini daha təhlükəsiz və faktiki olaraq təmassız etməkdən ötrü işlənib hazırlanıb. Belə kartların istifadəçiləri pin-kodu yığmaq üçün terminallara toxunuş etməli olmayacaqlar ki, bu da davam edən pandemiya şəraitində xüsusilə önəmlidir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki,  "istehlakçılar təmassız ödənişlərin təhlükəsizliyinə və rahatlığına böyük önəm verdiyinə görə "MasterCard" kibertəhlükəsizlik sahəsində öz biliklərindən, həmçinin bu üçtərəfli əməkdaşlıq çərçivəsində sürətli və problemsiz ödənişləri dəstəkləyən biometrik həllin köməyi ilə kart sahiblərinin təhlükəsizliyinin artırılması üçün qlobal ödəniş şəbəkəsindən istifadə edəcək" - "MasterCard" şirkətinin Asiya-Sakit okean regionunda kibernetika və analitik həllər üzrə böyük vitse-prezidenti Kartik Ramanatan deyib.

"MasterCard"ın biometrik kartlarında təhlükəsizliyin təmini üçün "Samsung System LSI Business"dən yeni mikrosxem dəsti istifadə olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.