Maraqlı

Odnoklassniki sosial şəbəkəsi 4 milyon rubl məbləğində cərimələndi - SƏBƏB

9 Mart 2021 21:10
Baxış: 882
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya Məhkəməsi "Odnoklassniki" sosial şəbəkəsini 23 yanvarda keçirilən mitinqlərə edilən çağırışları silmədiyinə görə 4 milyon rubl cərimə edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Odnoklassniki rəhbərliyi məhkəmə qərarından apellyasiya şikayəti verəcəyini bildirib.

Xatırladaq ki, 20 yanvarda "Roskomnadzor" sosial şəbəkələrdən "yetkinlik yaşına çatmayanların qanunsuz hərəkətlərə cəlb edilməsinə yönəlmiş" məlumatların yayılmasının dayandırmalarını tələb edib. Odnoklasniki mitinqlərdə iştirak çağırışlarına görə real cərimə alan ilk sosial şəbəkə olub.

Bundan əvvəl "Roskomnadzor" Feysbuk, İnstaqram, Tvitter, TikTok, VKontakte, Odnoklassniki, YouTube və Teleqrama qarşı protokollar tərtib edəcəyini vəd etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.