Maraqlı

“Onun evliliyi sadəcə kağız üzərində idi”

4 Mart 2021 18:39
Baxış: 830
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Model Ebru Şallı şəxsi həyatı ilə bağlı bəzi açıqlamalar verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, model hazırda evli olduğu iş adamı Uğur Akkuşla necə tanış olmasından və onun azyaşlı oğluna dəstəyindən danışıb:

"Uğur məni pilatez dərslərimdən tanıyıb. Daha sonra mənlə maraqlanmağa başlayıb. Bir çox işlə məşğul olduğumdan, bir marka yaratmaq qərarına gəlir və köməkçimi tapıb mənimlə əlaqə yaradıb.

Həmin vaxt həyatımda kimsə yox idi. İlk görüşdə bir-birimizə vurulduq. Onun evliliyi sadəcə kağız üzərində idi.

Oğlum Pars xəstələnəndə hələ yolun başında olduğunu və məni tərk edib getməsini söylədim. Lakin o qəbul etmədi və tez-tez oğlumu ziyarətə gəlməyə başladı. Beləcə, dost oldular. Çox mehriban idilər. Uğurla evlənməyimi Pars da çox istəyirdi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.