Böyrək xəstəliklərinin GİZLİ SİMPTOMLARI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir çox hallarda böyrək xəstəlikləri özünü büruzə vermir və ya böyrək xəstliklərinin simptomları digər xəstəliklərin simptomları ilə qarışdırılır. Saglamolun.az bildirir ki, bu haqda tanınmış rusiyalı həkim Pavel Yevdokimenko öz youtube kanalında məlumat verib.
Həkim bildirib ki, belə gizli simptomlardan biri təzyiqin yüksəlməsidir. Böyrəklər təzyiqin tənzimlənməsində əsas rollardan birini oynayır. Lakin bir çox hallarda xəstədə yüksək təzyiq aşkar olunduqda ona heç bir əlavə müayinə və analiz təyin edilmədən, təzyiqin yüksəlməsinin səbəbi araşdırılmadan təzyiqi salan dərmanlar təyin olunur. Bu dərmanlar əslində heç nə müalicə etmir, onlar yalnız təzyiqi normada saxlayaraq yüksək təzyiqin orqanizmdə yarada biləcək fəsadların qarşısını alır. Xəstə təzyiq dərmanlarını illər ərzində, hətta həyatın sonuna qədər qəbul etməli olur. Həkim bildirir ki, bu dərmanların bəziləri böyrəklərə mənfi təsir edərək onların vəziyyətini daha da pisləşdirir. Təzyiqin səbəbi böyrək xəstəliyidirsə, bu xəstəlik müalicə olunduqdan sonra təzyiq də normaya düşür.
Digər gizli simptom xolesterinin səviyyəsinin artmasıdır. Evdokimenko bildirib ki, bu simptom aşkar olunduqda mütləq xəstənin böyrəkləri və qaraciyəri yoxlanılmalıdır. Lakin bir çox hallarda həkimlər bunu etmədən xəstəyə xolesterinin səviyyəsini salan "statin" adında dərmanları təyin edirlər. Statinlər də adətən həyatın sonuna qədər qəbul edilməli olan dərmanlardır. Statinlərin uzun müddət ərzində qəbulu böyrəklərin fəaliyyətinə mənfi təsir edir.
Böyrək xəstəliklərinin növbəti gizli simptomları arasında: bel nahiyəsində ağrılar (onu bəzən osteoxondrozla qarışdırırlar), zəiflik, ürəkbulanması, üzücü baş ağrıları, yuxunun pozulması (yuxu səthi olur, insan gecə tez-tez oyanır), dərinin quruluğu və dərinin qaşınması, iştahanın pozulmasıdır.
Böyrək xəstəliklərinə xas olan digər əlamət ödemlərdir (şişkinlik). Bəzən şişkinlik gizli ola bilər. Bunu necə anlamaq olar? İnsanın çəkisi səbəbsiz artırsa, bu gizli ödemlərə işarə edə bilər.
Sidik ifrazında dəyişikliklər də böyrək xəstəliklərinə işarə edir: tez-tez və ya əksinə gec-gec sidiyə getmək, gecə vaxtı sidiyə getmək (1 dəfədən artıqdırsa, buna fikir vermək lazımdır), ifraz olunan sidiyin həcminin artması və ya əksinə azalması, sidiyin tündləşməsi, sidikdə qan.
Bədənin spesifik ammiak qoxusu da böyrək xəstəliyinin simptomu ola bilər. Bu iy tez-tez qoca insanlardan gəlir və ona bəzən "qocalıq iyi" də deyirlər. Lakin bunun səbəbi əksər hallarda məhz böyrəklərin fəaliyyətində olan problemlər olur ki, xəstənin böyrəkləri müalicə olunduqdan sonra qoxu yox olur və ya əhəmiyyətli dərəcədə azalır.
Böyrək xəstəliklərinə şübhə yarandıqda USM-dən keçmək (bəzi hallarda doppleroqrafiya və KT də təyin oluna bilər), sidik və qan (klink və biokimyəvi) analizlərini vermək lazımdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Klassik duş kabinləri tarixə qovuşur: Hamamlarda yeni nəsil təmizlik və dizayn dövrü
-
Paket çaylarda mikroplastik təhlükəsi: Tək bir fincana 2500 hissəcik keçir
-
2026-cı ilin payızının 11 dəbli qısa saç kəsimi
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
-
Üzün bir tərəfi niyə daha tez qocalır?
-
Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
XƏBƏR LENTİ
-
Klassik duş kabinləri tarixə qovuşur: Hamamlarda yeni nəsil təmizlik və dizayn dövrü
-
Paket çaylarda mikroplastik təhlükəsi: Tək bir fincana 2500 hissəcik keçir
-
2026-cı ilin payızının 11 dəbli qısa saç kəsimi
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
-
Üzün bir tərəfi niyə daha tez qocalır?
-
Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
-
Ev açarlarını bu 3 yerə qoymayın
-
Çayın acılığını və bulanıqlığını yox edir: Dəmliyə 2 ədəd atmaq kifayətdir
-
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
-
Günün qoroskopu: Tərəfdaşlıq və ya müqavilə imzalaya bilərsiniz
-
Cəmil Kamilliyə və Elşad Məmmədliyə vaxtından əvvəl xüsusi rütbə verildi - (Foto)
-
Fransada etiraz aksiyalarında 422 nəfər saxlanılıb
-
Nanə Ağamalıyeva uzun aradan sonra - (Foto)
-
İki cüdoçumuz Avropa çempionu olub
-
Röya tanınmaz obrazda - (Foto/Video)
-
Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub - (Foto)
-
Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir - (Foto)
-
Qaxda 7 nəfərin zəhərlənməsinin səbəbi məlum olub - Yenilənib
-
Sumqayıtda zəncirvari qəza olub
-
Faciəvi şəkildə ölən Elçinin (Fotosu)
-
Super Liqa: “Fənərbaxça” turu məğlub başa vurub
-
Aydan Salahovanın “Qız Qalası” layihəsi Azərbaycan Milli İncəsənət Muzeyində açıldı - (Foto)
-
Lənkəranda oyuncaq silahlı şəxs saxlanıldı - (Video)
-
“Yüz faiz cəzalanacaqlar” - Qurban Qurbanov bugünkü dava haqqında





