Maraqlı

Çində 342 milyon onlayn təhsil istifadəçisi var

18 Fevral 2021 20:10
Baxış: 1 194
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ilin sonuna yaxın Çində onlayn təhsil istifadəçilərinin sayı 342 milyon nəfərə yaxınlaşıb ki, bu da ölkənin internet istifadəçilərinin ümumi sayının 34,6%-nə bərabərdir. Bu barədə Çində internetin inkişafı barədə hesabatda deyilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, bu artım onlayn təhsil sahəsi üçün perspektivli gələcəyə işarə edir və bu, ölkə üzrə təhsilin balanslaşdırılmış inkişafına imkan yaradacaq.

2020-ci ilin noyabrına olan məlumata görə, Çində ibtidai və orta məktəblərin 99,7%-i internetə çıxış imkanına malik olublar.

Ötən ilin oktyabr-yanvar ayları ərzində Çində onlayn təhsil sahəsində 82 min yeni şirkət təsis edilib. 2020-ci ilin ilk 11 ayı ərzində bu sektora ümumilikdə təxminən 6 milyard dollar xərclənib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25% daha yüksəkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.