Mutasiyaya uğramış virus daha yüngül keçir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Sürətlə yayıldığı bildirilən mutasiyaya uğramış koronavirusun söylənənlərin əksinə olaraq, daha yüngül keçirilməsi mümkün ola bilər".
Bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev APA-ya açıqlamasında deyib.
O qeyd edib ki, bir sıra ölkələrdə sürətlə yayılmağa başlayan koronavirusun mutasiyası ilə bağlı son elmi tədqiqatlar aparılıb: "Tədqiqatlar nəticəsində virusun mutasiyaya uğramış formasının yoluxdurma əmsalının SARS-CoV-2-in yoluxdurma əmsalından 35 % daha böyük olduğu məlum olub. Eyni zamanda, mutasiya olunmuş viruslu xəstənin ətrafındakıları yoluxdurma faizi 15 faizdir".
Alim bildirib ki, aparılan ən böyük dörd tədqiqatla virusun mutasiyasının SARS-CoV-2-dən daha sürətlə yayılması təsdiqlənib və onun səbəbləri araşdırılır: "İlkin fərziyyələrə görə, virusun insan orqanizmindən xaric olması, onun zərərsizləşdirilməsi və məhv edilməsi prosesi daha uzun çəkir. Buna görə də müddətin uzanması xəstənin daha çox insanı qısa zaman ərzində yoluxdurmasına gətirib çıxarır. Amma tədqiqatlarda bu, tam təsdiq edilməyib və bunun virusun daha sürətlə yayılmasının səbəbi olmadığı göstərilib".
"Digər elmi iddialardan biri isə virusun mutasiyasına yoluxan şəxslərin xəstəliyi simptomsuz keçirməsi infeksiyanın sürətlə yayılmasına gətirib çıxaran əsas amillərdən biridir. Ola bilər ki, mutasiyaya yoluxmuş şəxslərin əksəriyyəti xəstəliyi simptomsuz keçirir deyə o, yoluxduğundan xəbərsiz olur və gündəlik həyat tərzinə davam edir, canlı ünsiyyət isə digər insanların da yoluxmasına səbəb olur. Beləliklə, virusun mutasiyası sürətli və geniş yayılmaqda davam edir. Bu istiqamətdə olan tədqiqatlar hələ davam edir", - deyə azərbaycanlı alim bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Suraxanıda "Daş abidə"parkını söküblər? - (Video)
-
Payız gələn kimi niyə tez-tez xəstələnirsiniz? – 5 əsas səbəb
-
Krandakı ərpi necə təmizləmək olar?
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
XƏBƏR LENTİ
-
Ronaldonun uğurunun sirri: Yüzdə 90-ımız bunu etmir
-
Temperatur kəskin şəkildə aşağı düşə bilər
-
Suraxanıda "Daş abidə"parkını söküblər? - (Video)
-
Payız gələn kimi niyə tez-tez xəstələnirsiniz? – 5 əsas səbəb
-
Krandakı ərpi necə təmizləmək olar?
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - (Foto)





