Maraqlı

Ağ Evin həyətinə "ürəklər" sancdırdı - FOTO

14 Fevral 2021 14:49
Baxış: 601
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ prezidenti Co Baydenin həyat yoldaşı Cill Bayden Sevgililər Gününə sürpriz hazırlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, birinci xanım Ağ Evin həyətindəki çəmənliklərə "sevgi", "birlik", "yaxşılıq", "güc", "ümid", "ailə" mesajların verən rəngli ürəklər sancdırıb.

Cill Baydenin mətbuat katibinin sözlərinə görə, bu onun ən sevdiyi bayramdır. Ürəklər isə bütün ölkə vətəndaşları üçün nəzərdə tutulub.

Prezident Co Bayden isə həyat yoldaşınının sürprizi haqda bunları deyib:

"Ümid var, güclü olmaq lazımdır. Bir çox insanlar pandemiyaya görə dözülməz əzablar yaşadı. Onlar ailələrini, uşaqlarını, ərlərini, arvadlarını, analarını, atalarını itirdilər və bu dözülməz idi. Onlar sizin ürəyinizdədirlər".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.