Maraqlı

İntim münasibətlərə razılıq vermək üçün mobil tətbiq yaradılıb

13 Fevral 2021 08:01
Baxış: 1 168
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Danimarkada "iConstent" adlı yeni mobil tətbiq istifadəyə verilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, tətbiq intim münasibətlərə razılıq vermək üçün nəzərdə tutulub.

Adının hərfi mənası "mən razıyam" olan mobil aplikasiya qarşılıqlı münasibətlərin "rəsmiləşdirilməsi" və gələcəkdə mümkün ittihamların aradan qaldırılması məqsədi daşıyır.

Tətbiqi hazırlayan şirkət bütün məlumatların gizliliyinə zəmanət verir. Mobil tətbiq vasitəsilə verilən razılıq yalnız bir dəfə üçün keçərlidir və 24 saat ərzində qüvvədədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.