Yaponiyada satılan Toyota Camry yenilənib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İlk dəfə yenilənmiş Toyota Camry modeli keçən ilin yayında ABŞ-da nümayiş etdirilmişdi. Yenilənmiş sedanlar ABŞ bazarında 25 min dollardan başlayan qiymətlər ilə satılır. Avropa üçün nəzərdə tutulan yenilənmiş sedan noyabr ayında təqdim edilib. İndi isə, Yaponiya bazarında satılan modelin yenilənmiş versiyası debüt edib. Əslində, baş vermiş dəyişikliklər digər bazarlardakı ilə elə də fərqlənmir.
Yenilənmiş Camry sedanını bir qədər dəyişdirilmiş dizaynı olan ön bamper və xrom haşiyələrə malik olan "uzadılmış" zolaqları olan radiator barmaqlığı sayəsində tanımaq olar. Bundan başqa, avtomobilin WS (Worldwide&Sporty) indeksini daşıyan aqressiv görünüşlü versiyası da yüngül şəkildə dəyişdirilib: bamperdəki qala əlavələrin formaları dəyişdirilib. Xatırladaq ki, belə versiya ABŞ-da da təklif edilir. Arxa tərəfin dizaynı dəyişilməyib.
Salonda, ön paneldə daha yüksəkdə yerləşən yeni doqquz düymlük sensorlu ekranı olan multimedia sistemi quraşdırılıb. Sistem ayrıca fiziki düymələr və "şaybalar" ilə təchiz olunur, komandalara daha sürətli cavab verir, habelə Apple CarPlay və Android Auto vasitəsilə smartfonların inteqrasiyası funksiyasına malikdir.
Yenilənmiş Camry Hybrid modelinin avadanlıq siyahısına Toyota Safety Sense təhlükəsizlik kompleksinin son versiyası daxil edilib. Buraya, dönərkən digər avtomobilləri tanıya bilən yenidən işlənmiş öndən toqquşmaların qarşısını alan sistem, həmçinin yol nişanlarına reaksiya verən yenilənmiş adaptiv kruiz-kontrol və təkmilləşdirilmiş zolaqda saxlama köməkçisi daxildir.
Əvvəl olduğu kimi, Toyota Camry modeli Yaponiyada yalnız hibrid güc qurğusu ilə təklif edilir. Hibrid qurğunun tərkibinə 178 at qüvvəi və 221 Nm fırlanma anı hasil edən 2,5-litrlik atmosfer mühərrriki, 120 at qüvvəsi və 202 Nm fırlanma anı hasil edən elektrik mühərriki və elektromexaniki variator daxildir.
Belə hibridlər ABŞ və Avropada da təklif edilir, lakin vətənində Camry modelini E-Four tam ötürməsi ilə də sifariş etmək olar. Tam ötürməni arxa oxda quraşdırılmış 7,2 at qüvvəsi və 55 Nm fırlanma anı hasil edən elektrik mühərriki təmin edir. Bu mühərrik yerindən tərpənəndə və sürətlənmənin ilk saniyələrində kömək edir.
Bundan başqa, Camry modelinin Yaponiyada əkiz qardaşı da mövcuddur. Daihatsu Altis adlanan model Toyota Camru modelindən yalnız emblemləri ilə fərqlənir. Bu model korporativ müştərilərə ünvanlandığı üçün yalnız orta təchizat səviyyəsi ilə təklif edilir.
Yaponiyada satılan Camry isə beş təchizat səviyyəsində təklif olunur. Camry Yaponiyada 33.200 - 44.500 dollar arasında qiymət diapazonuna malikdir. Daihatsu Altis isə 38.600 - 47.700 dollar arasında qiymətlə satılır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
XƏBƏR LENTİ
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - (Foto)
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
“Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev





